KƏLƏCOŞ

I
(Basarkeçər, Borçalı, Gəncə, Qazax, Tərtər)
qurut, yağ və kartofdan hazırlanmış xörək. – Anam daddı kələcoş pişirmişdi, doyuncax yedim (Basarkeçər); – Kələcoş ləzzətdi şeydi (Borçalı)
II
(Çənbərək)
xingal suyu qatılmış yağ. – Yağ azıdı deyn xəngəlin üsdə kələcoş töx’düm
KƏLƏCİ
KƏLƏÇ
OBASTAN VİKİ
Kələcoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır. == Ərzaqlar == 4 porsiya üçün nəzərdə tutulub 3 stəkan yağlı qatıq 1 ½ xörək qaşığı un 1 yumurta 3 stəkan soyuq su 1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü ½ stəkan xırda doğranmış qoz 2 diş əzilmiş sarımsaq 1 ½ xörək qaşığı quru nanə 2 xörək qaşığı bitki və ya kərə yağı 1 orta baş xırda doğranmış soğan duz, zövqə görə istiot, zövqə görə == Hazırlanma qaydası == 1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın. 3. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın. 4. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın.

Значение слова в других словарях

восьмидесятиле́тие дози́рующий завыша́ться лекто́риум пропла́каться самопря́лочник эпизо́дец всади́ться морти́ра негну́щийся подла́дить проклёвывать тре́нзельный умельчи́ть bite off cadaver Dundreary whiskers Gretchen hydrometeorology inconspicuous jokesmith jump-jet running title spiracula нарывной