Löwe

der; -n, -n aslan, şir
Lötung
Löwenanteil
OBASTAN VİKİ
Panzer VII Löwe
Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir. Löwe dizaynının iki modeli mövcud idi : Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir. Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir.