Labrador yarımadası
Labrador yarımadası (fr. péninsule du Labrador, ing. Labrador Peninsula) — Kanadanın şərqində yerləşən yarımada.
== Coğrafiyası ==
Labrador vilayəti, Saqeney Sen-Jan gölü, Kot-Nor, Şimali Kvebek regionları ərazisini özündə birləşdirir.
Yarımada şərqdən Atlantik okeanının suları (Müqəddəs Lavrentiya körfəzi) əhatələnir, şimalda Hudzon boğazı, qərbdə isə Hudzon körfəzinin suları onun sahillərini yuyur. Yarımadanın şimal və qərb hissələri nisbətən alçaqdır və bəzi yerlərdə çox qirintili-çıxıntılıdlr. Şərq sahilləri hündürdür və fiordlarla zəngindir. Sahəsi 1,6 milyon km²-dən çoxdur. Ərazi müxtəlif növ suxurlara rast gəlinir qranit, Qneys, Qabbro. Şərq hissəsindən Tornqat dağları keçir, onu ən hündür zirvəsi D’İbеrvil (Kobvik 1652 m) dağıdır.