Arxeoloji abidələrin konservasiyası və bərpası
Arxeoloji obyektlərin konservasiyası və bərpası — arxeoloji obyektin mühafizəsi və lazım gəldikdə bərpası üçün arxeoloqlar, konservatorlar (tarixi artefaktları qoruyan şəxslər) və ziyarətçilər arasında birgə səydir. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl estetik, tarixi, elmi, dini, simvolik, maarifləndirici, iqtisadi və ekoloji dəyərlərlə bağlı məsələlərin qiymətləndirilməsi lazımdır. Arxeoloji qazıntı prosesi mahiyyət etibarilə dağıdıcıdır, çünki qazıntılar sahənin təbiətini və kontekstini və onla əlaqəli məlumatları daimi olaraq dəyişdirir. Buna görə də, arxeoloqlar və konservatorlar riskə atdıqları ərazilərə qulluq etmək və qorumaq üçün məsuliyyət daşıyırlar.
== Arxeoloji abidənin istifadə mərhələləri ==
Arxeoloji sahələr bir çox mərhələdən keçir.
Abidənin yaradılması: Abidə qurulur və mədəniyyət daxilində hər hansı bir funksiyaya xidmət edir.
İlkin pozulma: Abidə istifadədən çıxıb və ya tərk edilib. Külək və su kimi təbii qüvvələr sahəni dəyişdirə və qeyri-sabitliyə səbəb ola bilər. Heyvanlar və həşəratlar qorunan ərazidə məskunlaşa və üzvi maddələrlə qidalana və abidəni məhv edə bilərlər.
İdentifikasiya: Sahə arxeoloqlar, yerli insanlar və yaxud digər qeyri-peşəkar insanlar tərəfindən müəyyən edilir.