Amyotrofik lateral skleroz
Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lu Qeriq xəstəliyi — nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır.
Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur amma sinir əlaqəsi pozulduğundan əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Bir çox hallarda əvvəl udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər.
== Rast gəlmə tezliyi ==
Xəstəliyin rast gəlmə tezliyi Avropa əhalisi arasında hər il hər 100,000 nəfərə 2 xəstəlik halı.
Bütün dünyada, YAS 90–95% hallarda sporadik, 5–10% hallarda autosomal dominant yolla ötürülən ailəvi formalara rast gəlinir.
Ağdərili insanlar qaradərili insanlara nisbətən çox xəstələnir, bu nisbət 1.6:1.3 –dir.
Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Kişi-qadın nisbəti 1.5:1.0
== Yaranma səbəbləri ==
Hesab olunur ki xəstəlik genetik, xarici mühit və yaş-asılı risk faktorlarin qarşılıqlı təsiri nəticəsində yaranır.