Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berroa
Berroa (lat. Berroa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Berroa gnaphalioides (Less.) Beauverd — Cənubi Amerikada bitən yeganə növ.
Borrou
Barrou (ing. Barrow) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Burqon
Burqon (fr. Bourgogne, IPA: [buʁ.ɡɔɲ]) — Fransanın şərqində bir bölgədir.
Burqos
Burqos (isp. Burgos) — Kastiliyanın keçmiş paytaxtı, indi isə İspaniyada şəhər və bələdiyyə. Burqos vilayətinə daxildir. Əhalisinin sayına görə (178 966 nəfər, 2009-cu il ) Burqos İspaniyada 37-ci yeri tutur.
Turron
Turron(it. torrone, isp. turrón, kat. torró)- bal, şəkər və yumurta ağından hazırlanmış Cənubi Avropada yayılmış qənnadı məmulatı. Turron İtaliyada, İspaniyada və Latın Amerikasındakı keçmiş ispan müstəmləkələrində Yeni il şirniyyatı kimi məşhurdur. Fransada isə nuqa adı ilə tanınır. Ən qədim turron resepti 16-cı əsrdə yazılmış Manual de Mujeres adlı qadınlar üçün kitabçada qeyd edilib. == Adlanma == Turron şirniyyatı müxtəlif dillərdə bir-birinə bənzər sözlərlə adlanır.Məsələn, ispanca turron,katalanca torró, italyan dilində torrone, Braziliya portuqaliyacasında torrone, portuqal dilində torrão,Sardiniya dilində turrone, taqaloq dilində isə turon adlanır.
Butros Butros-Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Butros Butros Qali
Butros Butros Qali (/ˈbuːtrɒs ˈɡɑːli/; qibt. Ⲡⲉⲧⲣⲟⲥ Ⲡⲉⲧⲣⲟⲥ-Ⲅⲁⲗⲓ, ərəb. بطرس بطرس غالي‎ Buṭrus Buṭrus Ghālī ; 14 noyabr 1922[…], Qahirə, Misir krallığı[d] – 16 fevral 2016[…], Cizə) — Misir diplomatı, 1992–1996-cı illərdə BMT-nin Baş katibi olmuşdur. 1922-ci ildə Misirdə xristian ailəsində doğulub.
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Burre
Burre (fr. bourrée, bourrer sözündən – gözlənilməz sıçrayışlar etmək) — qədim fransız rəqsi. == Haqqında == XVI əsrin ortalarında yaranmışdır. XVII əsrdən Burre səciyyəvi cüt ölçülü (alla breve), iti templi, dəqiq ritmli saray rəqsi olmuşdur. XVII əsrin ortalarında instrumental süitanın tərkibinə salınmış, J. B. Lülli B.-ni opera və baletə daxil etmiş dir. XVIII əsrin 1-ci yarısında Fransanın hüdudlarından kənarda da məşhur idi. Q. Muffat, G. F. Hendel, İ. S. Bax, A. Kampra, A. K. Detuş, J. F. Ramo öz yaradıcılıqlarında Burreyə müraciət etmişlər.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Barrou boğazı
Barrou boğazı ing. Barrow Strait - Kanada Arktik arxipelaqına daxil olan Devon, Kornuolles adaları ilə Uels Şahzadəsi (ada) və Şahzadə Liopold adalarını ayırır. Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Mak-Klur boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Bofort dənizini Baffin dənizini birləşdirir. Kraliça Yelizaveta adasını, digər adalarını ayırır. Qərbdə Vaykaunt-Melvill, şərqdə Lankaster boğazını, şimal-şərqdə Vellinqton, cənubda Pil boğazı ilə birləşir. Uzunluğu 270 km, eni isə ən dar yerdə 45 km, enli yeri 106 km, dərinliyi 200 m təşkil edir. 48 km-liyinə qədər ada yoxdur. Burada Lauter adaları, Yanq, Qarrett, Baterst, və Qriffit adaları yerləşir.
Barrou burnu
Barrou burnu (ing. Point Barrow) — ABŞ və Şimali Amerika materikinin qərb hissəsinin ən ucqar şimal nöqtəsi. Şimal Buzlu okean sahillərində yerləşir. Alyaskanın ən ucqar şəhəri olan Barroudan 14, Şimal qütbündən isə 2078 km aralıda yerləşir. Burun Çukot dənizi ilə Bofort dənizi arasında sərhəd xəttini təşkil edir. Burun Admirallığın ikini müavini olan Con Barraounun şərəfinə adlandırılmışdır.
Berroa gnaphalioides
Berroa gnaphalioides (lat. Berroa gnaphalioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin berroa cinsinə aid bitki növü. == Sinonimləri == Gnaphalium gnaphalioides (Less.) Kuntze Gnaphalium arnottii Kuntze Lucilia argentea Hook. & Arn.
Burbon restavrasiyası
Burbon restovrasiyası — Fransa tarixində Birinci Fransa İmperiyasının (1804-1815) süqütü ilə İyul İnqilabı (1830) arasındakı müddətdə Burbonlar monarxiyasının yeninden bərpasıdır. Restovrasiya dövrü Napoleon Bonapartın sürgündən qaçmasıyla əlaqədar olaraq Yüz gün müddətinə fəaliyyətini dayandırmışdır. Bu səbəbdən aprel 1814 və mart 1815-ci illər arasını əhatə edən dövr "Birinci Restovrasiya" dönəmi, Napoleonun taxtdan rəsmi olaraq uzaqlaşdırıldığı 1815-ci ildən 1830-cu ilə qədər isə "İkinci Restavrasiya" dönəmi adlanır. Bu dövr XVIII Luiz və balaca qardaşı X Karl dönəmlərini əhatə edir. Hər iki kral ölkədə kralı dəstəkləyən güclərlə liberal burjuaziya arasında gücləri tənzimləməyə calışmışdır. Xarici siyasətdə isə əsas məqsəd Fransanın müharibə borclarının ödənilməsi, buna bağlı olaraq işğalçı qüvvələrin Fransadan çıxarılması, Ölkənin yenidən beynəlxalq münasibətlərdə bərabər status alması idi.
Burrel həbsxanası
Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür. Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944–1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər. 2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.
Din Barrou
Din Oliver Borrou (ing. Dean Oliver Barrow; 2 mart 1951, Beliz[d]) — 8 fevral 2008-ci ildən Beliz baş naziri, 1998-ci ildən Beliz Birləşmiş Demokratlar Partiyasının lideri.
Eric Burdon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – THE ANIMALS qrupunun vokalisti. THE ANIMALS qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Rob Burdon
Rob Bourdon — Linkin Parkın zərb alətçisi. 1996-cı ildən bu günə qədər Linkin Park qrupunda fəaliyyət göstərir. Linkin Park qrupuna gəlməmişdən əvvəl ofisant işləmişdir.
Sebastian Burdon
Sebastian Burdon (Sebastien Bourdon, 2 fevral 1616[…], Monpelye – 8 may 1671[…], Paris) —Fransız rəssamı.
Simen Burhol
İsaak Barrou
İsaak Barrou (d.1630, London – ö.1677, London) — ingilis riyaziyyatçısı, filoloqu, ilahiyyatçısı, Kembric Universitetinin professoru, sonsuz kiçilənlər hesabının tədqiqində Nyuton və Leybnisin sələfi. == Həyatı == 1668-ci ildə İsaak Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib.
German Burqos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Barro (İzer)
Barro (fr. Barraux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38027. Kommunanın 2012-ci il üçün əhalisi 1897 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 241 ilə 950 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 100 km şərqdə, Qrenobldan 34 km şimal-şərqdə yerləşir.