Marksizm-Leninizm İnstitutu
Marksizm-Leninizm İnstitutu (rus: Институт марксизма-ленинизма) 1919-cu ildə Moskvada yaradılmış və 1921-1991-ci illərdə Sovet İttifaqında marksist-leninist əsərlərin tədqiqi və nəşri ilə məşğul olmuş olan akademiyadır. Sovet İttifaqının dağılmasından sonra onun müasir adı "Sosializm Tarixi və Nəzəriyyəsi İnstitutu" (rus: Институт теории и истории социализма) olmuşdur.
== Haqqında ==
İnstitutun əsası David Ryazanov tərəfindən qoyulmuşdur. Yaradıldığı ilkin illərdə institut, Karl Marksın, Fridrix Engelsin və Vladimir Leninin əsərlərini tərtib edib çap etdirmək ilə məşğul olurdu. İnstitut, 1930-cu illərdə təxminən 400.000 kitab və jurnal, habelə Marks və Engelsin təxminən 55.000 orijinal və surəti çıxarılmış olan sənədlərini nəşr etdirərək, o dövrdə dünyanın ən zəngin və ən geniş sosialist ədəbiyyatına sahib olmuşdu. Bu dövrdə müəssisədə 87 nəfəri tarixçi olmaqla bərabər, ümumilikdə 109 nəfər işləyirdi. İnstitutun çap etdirmiş olduğu əsərlər Sovet İttifaqı Kommunist Partiyası (İKP) tərəfindən nəzarət altında olsa da, o, partiyaya tam olaraq bağlı deyildi. Əslinə qalarsa, 1930-cu ildə onun əməkdaşlarından yalnız 39 nəfəri Sov.İKP üzvləri idilər.
İlk dəfə “Marks-Engels İnstitutu” adı ilə yaradılmış olan institut yaradıldığı gündən müasir dövrə qədər dəfələrlə adını dəyişdirmişdir. 1952-ci ildə “Marks-Engels-Lenin İnstitutu” kimi tanıdılan təşkilat, 1956-cı ildə isə “Marks-Engels-Lenin-Stalin İnstitutu” kimi yenidən adlandırılmışdır.