leninizm

leninizm
leninçi
lenlordizm 2021
OBASTAN VİKİ
Leninizm
Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir. == Əsas ideyaları == Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir. "Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi. Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir.
Marksizm-Leninizm
Marksizm-leninizm — 1920-ci illərdə kommunist partiyaları arasında populyarlıq qazanmış, Karl Marks və Vladimir Leninin adını daşıyan ideoloji cərəyandır. marksizm-leninizm; Marks, Engels və Lenin tərəfindən irəli sürülüb. Kominternin qurucu ideologiyası olaraq qəbul edilən bu görüş, ən çox qəbul edilən kommunist ideologiyasıdır. O, xüsusən kapitalizm, faşizm və imperializmə qarşıdır və sinifsiz bir cəmiyyət yaratmaq üçün xüsusi mülkiyyətə əsaslanan istehsal üsullarının tamamilə ləğv edilməsini müdafiə edir. Marksist-leninist ideologiya xüsusi özəl mülkiyyətə qarşı deyil, özəl sahibkarlığa, iri müəssisələrə və ictimai istehsal sahələrinə qarşıdır. İqtisadiyyatda kiçik müəssisələrin qorunması və həvəsləndirilməsini müdafiə etməklə yanaşı, iri istehsal sahələrində kollektiv sahibkarlıq formasını müdafiə edir. Tarixi Paris Kommunası ilə yanaşı, marksist-leninist prinsiplər ilk dəfə 1917-ci il Oktyabr İnqilabından sonra Sovet İttifaqında tətbiq edilmiş və sonra dövlətin rəsmi ideologiyasına çevrilmişdir. Bundan əlavə, ölkədə Marksizm-Leninizm İnstitutu adlı elm akademiyası var idi və çoxlu əsərlər nəşr edirdi. Lakin marksist-leninist prinsiplərin ortaya çıxmasından bu yana dünyanın bir çox yerində bu baxışlara qarşı "anti-kommunizm" adlı siyasətlər istehsal edilmiş, bu prinsipləri müdafiə edənlərə hətta kütləvi qətllərə qədər müxtəlif təzyiqlər edilmişdir.
Marksizm–Leninizm

Marksizm-Leninizm İnstitutu
Marksizm-Leninizm İnstitutu (rus: Институт марксизма-ленинизма) 1919-cu ildə Moskvada yaradılmış və 1921-1991-ci illərdə Sovet İttifaqında marksist-leninist əsərlərin tədqiqi və nəşri ilə məşğul olmuş olan akademiyadır. Sovet İttifaqının dağılmasından sonra onun müasir adı "Sosializm Tarixi və Nəzəriyyəsi İnstitutu" (rus: Институт теории и истории социализма) olmuşdur. == Haqqında == İnstitutun əsası David Ryazanov tərəfindən qoyulmuşdur. Yaradıldığı ilkin illərdə institut, Karl Marksın, Fridrix Engelsin və Vladimir Leninin əsərlərini tərtib edib çap etdirmək ilə məşğul olurdu. İnstitut, 1930-cu illərdə təxminən 400.000 kitab və jurnal, habelə Marks və Engelsin təxminən 55.000 orijinal və surəti çıxarılmış olan sənədlərini nəşr etdirərək, o dövrdə dünyanın ən zəngin və ən geniş sosialist ədəbiyyatına sahib olmuşdu. Bu dövrdə müəssisədə 87 nəfəri tarixçi olmaqla bərabər, ümumilikdə 109 nəfər işləyirdi. İnstitutun çap etdirmiş olduğu əsərlər Sovet İttifaqı Kommunist Partiyası (İKP) tərəfindən nəzarət altında olsa da, o, partiyaya tam olaraq bağlı deyildi. Əslinə qalarsa, 1930-cu ildə onun əməkdaşlarından yalnız 39 nəfəri Sov.İKP üzvləri idilər. İlk dəfə “Marks-Engels İnstitutu” adı ilə yaradılmış olan institut yaradıldığı gündən müasir dövrə qədər dəfələrlə adını dəyişdirmişdir. 1952-ci ildə “Marks-Engels-Lenin İnstitutu” kimi tanıdılan təşkilat, 1956-cı ildə isə “Marks-Engels-Lenin-Stalin İnstitutu” kimi yenidən adlandırılmışdır.
Leninizmin əsasları
Leninizmin əsasları - İosif Stalin tərəfindən 1926-cı ildə Sverdlov Universitetində verilən 9 məruzədən ibarət bir topludur. Sovet qəzeti Pravda tərəfindən yayımlanıb. == İstinadlar == == Ədəbiyyat == Service, Robert. Stalin: A Biography (2004) Trotsky, Leon. Stalin: An Appraisal of the Man and his Influence. The Universal Library. (1941) Deutscher, Isaac (1949). Stalin: A political biography,. Oxford University Press.

Digər lüğətlərdə