LENİNÇİ
LEPROZORİ
OBASTAN VİKİ
Teflon lent
Teflon lent — su və qaz borularını sızdırmazlıq üçün santexnika işində istifadə olunan bir cihazdır. == Həmçinin bax == Boru == İstinadlar == İngiliscə Vikipediya Farsca Vikipediya == Xarici keçidlər == Vikianbarda Teflon lent ilə əlaqəli mediafayllar var.
Maqnit lent qurğusu
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Boyayıcı lent kartrici
Boyayıcı lent kartrici (en. Ribbon cartridge ) – zərb printerlərində (məsələn, matrisli printerlərdə) kağıza toxunaraq orada simvolların izini qoymaq üçün istifadə olunan mürəkkəbli lent. Bax: CARTRIDGE, DOT-MATRIX PRINTER, IMPACT PRINTER. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Inga lenticellata
Inga lenticellata (lat. Inga lenticellata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga lentiscifolia
Inga lentiscifolia (lat. Inga lentiscifolia) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Lentibulariaceae
Lentibulariaceae (lat. Lentibulariaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Genlisea A.St.-Hil.
Lentibulariales
Dalamazçiçəklilər (lat. Lamiales) — ikiləpəlilər sinfinə aid bitki sırası.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmir Termoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur. Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin) Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır.
Lentli pardaqlama dəzgahı
Lentli pardaqlama dəzgahı müstəvi, qabarıq və çökük sətlərin üzəri abarziv dənəciklərlə örtülmüş elastiki lentlə emalında tətbiq olunur. Lentli pardaqlama üsullarından asılı olaraq dəzgahlar emal olunan hissələrin növünə uyğun olaraq layihələndirilirlər. Onlar dairəvi, müstəvi və profil dəzgahlarına bölünürlər. Müstəvi lentli pardaqlama dəzgahları metal lövhələrin və lövhə şəkilli ağac hissələrin emalına yarayırlar. Pardaq lenti iki və ya üç diyircək arasında tarım çəkilir. Tarım qüvvəsi lentin enindən asılı olaraq 30÷90 N/cm arasında yerləşir. Lentin mərkəzləşməsi diyircəklərin çəlləkformalı hazırlanması ilə əldə edilir. Lent dayaq vasitəsilə emal olunan hissəyə sıxılır. Alət kimi elektrokorund və ya silisiumkarbid dənəcikli lentlərdən istifadə olunur. == Tətbiq sahəsi == Dairəvi lentli pardaqlama dəzgahlarında boru, çubuq, diyircək və çənlər emal edilir.
Lentşəkilli kabel
Lentşəkilli kabel (ing. ribbon cable) - lentşəkilli kabel, yastı kabel – bir yastı paket-lentdə birləşdirilmiş 8’dən 100’dək naqildən ibarət dəst; adətən, həm verilənlərin, həm də idarəedici siqnalların parallel ötürülməsini təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lentşəkilli qurdlar
Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir. == Quruluşu və fiziologiyası == Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır.
Lentşəkilli qurdlar (Cestoda)
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Muraena lentiginosa
Muraena lentiginosa (lat. Muraena lentiginosa) — muraena cinsinə aid heyvan növü.
Möbius lenti
Möbius lenti — bir lentin bir ucunu 180 dərəcə çevirərək digər ucu ilə birləşdirməklə yaranan səthdir. Bu həndəsi fiqurun adi lentdən fərqli olaraq bir üzü (Evklid fəzasında yerləşdirildikdə) və bir sərhədi var. İlk dəfə 1861-ci ildə Yohan Benedikt Listinq tərəfindən kəşf edilmiş, dörd il sonra Avqust Ferdinand Möbius tərəfindən tərifi verilmişdir. Möbius lentinin bir nümunəsi bir kağız lentin bir ucunu tərs çevirib digər ucuna şəkildəki kimi dövrə yaradacaq şəkildə yapışdırmaqla yaradıla bilər. === Xüsusiyyətləri === Möbius lentinin bir sıra maraqlı xüsusiyyətləri var. Tikiş nöqtəsindən(şərti olaraq ucların birləşdiyi yer) başlayaraq ortaya doğru çəkilən xətt yenidən gəlib tikiş nöqtəsinə çıxır, lakin digər üzdə. Davam etdikdə, xətt başlanğıc nöqtəyə birləşir və ilkin lentin iki qatı uzunluğunda olur. Bu vahid kəsilməz əyri Möbius lentinin yalnız bir sərhədi olduğunu göstərir. Möbius lentini orta xətti boyunca kəsdikdə iki lent deyil, iki qıvrımı olan uzun bir lent alınır və alınan fiqur Möbius lenti deyil. Bu ona görə baş verir ki, Möbius lentinin ilkin lentin iki qatı uzunluğunda olan bir kənarı var.
Pistacia lentiscus
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Quercus lentula
Viburnum lentago
Viburnum lentago (lat. Viburnum lentago) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Aleksandr Lentsov
Aleksandr Lentsov (rus. Александр Иванович Ленцов; 20 dekabr 1956, Xolmskaya[d], Krasnodar diyarı) — Rus hərbçi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. Lentsov 1996–2009-cu illərdə 98-ci Qvardiya Hava-Desant Diviziyasının komandiri olub. Quru Qoşunlarının baş komandanının müavini vəzifəsində olarkən 2023-cü ilin aprel ayında Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin təyin edilib. == Həyatı == 1993-cü ildən — 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra — 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svir Diviziyasının komandiri olub. Rusiya sülhməramlılarının Bosniyadakı bölməsinin komandiri kimi Bosniya müharibəsində, eləcə də həm İkinci Çeçen müharibəsi, həm də 2008-ci ildə Cənubi Osetiyadakı müharibədə iştirak etmişdir. 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirmişdir. 2009-cu il avqustun 5-dən — Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub. 13 dekabr 2011-ci ildə general-leytenant hərbi rütbəsi verilmişdir. 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Federasiyasının Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib.
Astragalus lentiginosus var. typicus
Astragalus lentiginosus (lat. Astragalus lentiginosus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus lentiginosus var. typicus Barneby Cystium lentiginosum (Douglas ex Hook.) Rydb.
Könüllü lenti (İsrail)
Könüllü lenti Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi veteranlarına verilən müəyyən statusu bildir İsrail hərbi lent bəzəyidir. == Mükafat meyarları == Lent aşağıda qeyd olunan insanlara verilir: Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi Batalyonunda könüllü olanların hamısı. İsrail vətəndaşı və ya İsrailin daimi sakini olan və ya Fələstində daimi iqamətgahı zamanı Birinci Dünya Müharibəsi zamanı könüllü olaraq Türk ordusunda Yişuvların (milli yəhudi qurumlarının) ehtiyaclarına uyğun olaraq xidmət etmək üçün könüllü olanlar. 8/11/1944-dən əvvəl II. İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusuna könüllü gələn İsrail vətəndaşları və ya İsrailin daimi sakinləri. Əgər onlar 8/11/1944 tarixində və ya ondan sonra könüllü olmuşlarsa, onlardan ardıcıl altı ay və ya daha çox xidmət göstərmələri tələb olunur. İkinci Dünya Müharibəsi zamanı könüllü olan vətəndaşlar nişan üçün Nasist Döyüşçüsü lentini almaq hüququna malikdirlər. Bu mükafatı alan şəxs vəfat edibsə, ailə üzvü (həyat yoldaşı, oğlu, qızı, ata, ana, qardaş, bacı, nəvə, nəvə) lent tələb etmək üçün müraciət etmək hüququna malikdir və ya itmə və ya köhnəlmə halında lentin ekvivalentini. == Dizayn == Lent - Lentin orta zolağında hər tərəfdə qırmızı, narıncı və yaşıl zolaqlar olan İsrail bayrağı göstərilir.
Lentilla
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Lentilla lens
Vicia lens (lat. Vicia lens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Vicia lens subsp. lamottei (Czefr.) H.Schaef., Coulot & Rabaute Vicia lens subsp.
Lentago
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb.
Salvia lenta
Salvia polystachia (lat. Salvia polystachia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Fərdi, Lent) — 19, 21 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 12 ölkənin 20 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 19 iyun tarixində baş tutdu. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 19.000 xal toplayan Rusiya Federasiyasının idmançısı, 8 qat Dünya Çempionu Yana Kudryavtseva qazandı. Gümüş medalı 18.200 xal toplayan Azərbaycan idmançısı Marina Durunda qazandı. Bürünc medalı isə 17.950 xal toplayan Gürcüstan idmançısı Salome Pajava qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 12 ölkənin 20 idmançısı mübarizə apardı. Yarışlar 19 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Bürünc medalı isə İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.

Значение слова в других словарях