Vladimir Leqoşin
Vladimir Georgiyeviç Leqoşin (rus. Владимир Георгиевич Легошин; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951)
Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi.
Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film)
Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru)
Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə)
Tənha yelkən ağarır (film, 1937)
Əsgər cəbhədən gəlirdi (film, 1939)
Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film)
Təkbətək döyüş (film, 1944)
Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə)
Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə
ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.