Leyli Vəliyeva
Leyli Vəliyeva (tam adı: Leyli Fətulla qızı Vəliyeva; 17 iyul 1969, Seyidlər, Zəngilan rayonu) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2002).
Leyli Vəliyeva 1969-cu ildə Azərbaycan Respublikası Zəngilan rayonunun Seyidlər kəndində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. O, bir neçə bədii və telefilmlərdə çəkilmişdir. Respublika və Beynəlxalq Teatr Festivalları laureatıdır.
Aktyor Nofəl Vəliyev ilə evlidir. Aktisa Güşvər Şərifovanın bacısıdır.
Azərbaycan Respublikasının əməkdar artisti — 24 dekabr 2002
Prezident mükafatı — 6 may 2016, 1 may 2017, 6 may 2023, 9 may 2024
Şölə, Ziba – ("Sərgüzəşti-vəziri-xani Lənkəran", M. F. Axundov)
Zalxa – ("Hekayəti-xırsi-quldurbasan", M. F. Axundov)
Xumar – ("Şeyx Sənan", H. Cavid)
Nastenka – ("Ağ gecələr", F. Dostoyevski)
Ranevskaya – ("Albalı bağı", A. P. Çexov)
Dezdemona – ("Otello", V. Şekspir)
Kleya – ("Ezop", Q. Fiqeyredo)
Luiza – ("Məkr və məhəbbət", F. Şiller)
Qedda – ("Qedda Qabler", H. İbsen)
Fru Alvinq – ("Kabuslar", H.İbsen)
Başeva – ("Mavi yuxular", Ş. Aleyxem)
İokasta – ("Şah Edip", Sofokl)
Zeynəb ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə)
Nabat xala ("İfritin kələyi" Y.Şvarts)
İnsan ("Axırıncı qatar, yaxud itlər" İ.Fəhmi, O Kazımi)
Missis Mann ("Oliver Tvistin macəraları" Ç.Dikkens)
Sabah müəllimə ("Mən səni sevirəm" Ə.Əmirli)
Ledi Kapuletti — ("Romeo və Cülyetta" U.Şekspir)
Şəhrəbanu,Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə)
Pəricahan xanım – ("Qaraca qız" S.S.Axundov)
Knyaginya – ("İtalyansayağı xoşbəxtlik" D.Fo, p.Filippo)
Nazlı – ("Danışan gəlincik" A.Şaiq)
Yelizaveta, Kraliça - (“III Riçard”, U.Şekspir)
Ana ördək - (“Çirkin ördək balası” H.X.Andersen)
Mirandolina - mehmanxana sahibəsi - (“Mehmanxana sahibəsi” K.Qoldoni)
Fərmanın anası - (“Xortdanın cəhənnəm məktubları” Ə.Haqverdiyev)
Leylinin anası - (“Leyli və Məcnun”, M.Füzuli)
Səriyyə - (“Ünvansız qatar”, Ə.Əmirli)
Ana - (“Yarımçıq qalmış”, Y.Abramov, L.Bəyim)
Matilda Fon Tsand - (“Dəlixanada qətl”, Fridrix Düremat)
2385 Ceyran Bayramova - “Kod adı V.X.A” (M.Ələkbərzadə)
Biz qayıdacağıq (film, 2007) — Leyli
Həyat varsa-Sevda
Səndən sonra-Nəzakət
2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Mirvari)
İkinci güllə (film, 2017)
Lal yuxu (teleserial, 2017)
Mən burdayam, İlahi!