LİNEAMENT

dərinlik qırılmaları ilə əlaqəsi olan, planetar əhəmiyyətli xətti və ya qövsvari struktur element. Relyefdə müxtəlif cür təzahür edən qırılma zonasını təmsil edir. Ümumiyyətlə xətti morfostrukturlar lineament adlanır. линеамент lineament
LİMANLI SAHİL
LİNZA
OBASTAN VİKİ
Lineamentlər
Lineamentlər — Yer səthində qırılmalar, tektonik pozulmalar və bir çox xətti geoloji elementlər şəklində müşahidə olunur. "Lineament" anlayışını geoloji ədəbiyyata XX əsrin əvvəllərində amerikalı alim V. Hobbs gətirmişdir. Bu anlayış altında Yer səthinin bütün düzxətli elementləri nəzərdə tutulurdu. Buraya çay sahillərinin düzxətli hissələri, dağ silsilələrinin düzxətli sərhədləri aid edilirdi. Bir qədər sonra bu anlayış öz müstəqil mənasını itirdi və yalnız dərinlik çaylarının yer səthindəki təzahürlərinə aid edildi. Kosmik fəzadan çəkilən şəkillərin meydana çıxmasından sonra "lineament" anlayışına olan maraq yenidən aktuallaşdı. Kosmik şəkillərdə qırılmalar və dərinlik yarıqları müxtəlif formalarda düzxətli, əyrixətli, at quyruğuna bənzər və s. formalarda əks olunur. Çat zonaları və gizli çatlar kosmik şəkillərdə ya ensiz xətlərlə və ya çox enli (bir neçə yüz kilometr) qurşaqlar şəklində əks olunur ki, bunları yerüstü tədqiqatlar və ya aeroşəkillər aşkar edə bilmir. Kosmik fotoşəkillərdə belə xətlər asanlıqla aşkar olunur.