Boris Listenqarten
Listenqarten Boris Moyiseyeviç — geologiya-mineralogiya elmləri doktoru, professor
== Həyatı ==
Listenqarten Boris Moyiseyeviç Bakı şəhərində anadan olmuşdur. Mühəndis-geoloq ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra onun həyat yolu "Leninneft" tresti ilə bağlı olmuşdu və burada o geoloq, geoloji dəstənin rəhbəri işləmişdir. Listenqarten B.M. "Azneftgeofizika" trestinin geoloji xidmətinə rəhbərlik edib, sonra isə "Leninneft" trestinin baş geoloqu təyin edilmişdi. 1963-cü ildə "Neft-mədən geologiyasında radioaktiv üsullar" mövzusunda namizədlik, 1966-cı ildə isə "İstismarın gec mərhələsində olan neft və qaz yataqlarının işlənilməsinin geoloji əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1964-1982-ci illərdə Listenqarten B.M. Azərbaycan DNQYPİ-nun neft, qaz və qaz-kondensat yataqlarının geoloji tədqiqatları laboratoriyasına rəhbərlik edib.
== Elmi fəaliyyəti ==
Listenqarten B.M. neft-qaz geologiyası sahəsində tanınmış alimdir. Onun tədqiqatları və əldə etdiyi nəticələr "Makarov b.", "Bulla-dəniz", "Palçıq-Pilpiləsi" və s. neft və qaz-kondensat yataqlarının karbohidrogen ehtiyatlarının hesablanması, işlənilməsinin layihə edilməsi və təhlili üçün əsas olub.
Elmi tədqiqatların sahəsi: radioaktiv üsulların neft-mədən geologiyasına tətbiqi; mədən geofizikası.
Listenqarten B.M. onlarla elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.