Litr
Litr (л, l, L, ℓ) — həcmin metrik ölçü vahidi. Litr BS vahidi deyil, saat və sutka kimi "BS-yə aid olmasa da, onun vahidləri kimi istifadə edilə bilər". BS-nin standart ölçü vahidi — kub metr (m³).
Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adını daşıyır. Laboratoriya qablarını da ehtimal ki, ilk dəfə o hazırlayıb. Təəssüf ki, onun tərcümeyi-halı haqqında sənədlər dövrümüzədək qalmayıb. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab istehsalı ilə məşğul olublar. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi.