Log clipping

Loqun qayçılanması – sistemə girildiyini gizlətmək üçün sistem loq-faylından yazıların seçilərək silinməsi.
Local area network (LAN)
Logic bomb
OBASTAN VİKİ
Log Horizon
Log Horizon (ログ・ホライズン, Rogu Horaizun, azərb. Üfüq qeydi‎) — Kazuhiro Haranın rəssamlığı ilə Mamare Tono tərəfindən yazılan Yaponiya roman seriyası. 2011-ci ildən Enterbrain nəşriyyatı tərəfindən Yaponiyada nəşr olunur. Yen Press 2015-ci ildən romanın ingilis dilinə tərcümə edilmiş versiyasını çap edir. Roman seriyası strategiyaçı Şiroe və dostlarının "Elder Tale" adlı MMPORG-da ilişib qalmasından bəhs edir. Roman seriyası əsasında dörd manqa adaptasiyası və yan hekayələr hazırlanmışdır. Anime serialı adaptasiyası da çəkilmişdir. Birinci mövsümü 5 oktyabr 2013-cü ildən 22 mart 2014-cü ilə kimi, ikinci mövsümü isə 4 oktyabr 2014-cü ildən 28 mart 2015-ci ilə kimi NHK E kanalı vasitəsilə yayımlanmışdır. == Məzmun == 11-ci genişləndirmə paketinin əlavə olunmasından virtual reallığa malik kütləvi çoxoyunçulu onlayn oyun "Elder Tale" (エルダー・テイル, Erudā Teiru, azərb. "Böyük nağıl"‎) qlobal uğur əldə edir və oyunu oynayan istifadəçilərin sayı milyonları keçir.
Log idarəetməsi
Loq idarəetməsi — böyük həcmli kompüter loqlarını idarə etmək üçündür. Həmçinin başqa adla audit izlənilməsi, hadisə loqları və s kimi tanınır. Loq idarə edilməsi aşağıdakı konsepsiyaları əhatə edir: Loqların toplanması Mərkəzləşdirilmə Uzun müddətli saxlanma Loq dönməsi Loqların analizi Loqların axtarışı və hesabatının hazırlanması Böyük həcmli loqları analiz edərkən aşağıdakı çətinlikərlə üzləşmək mümkündür: Çox böyük həcmli loqlar (böyük şirkətlər üçün gün ərzində 100 GB-a qədər); Loq formatındakı müxtəlifliklər; Sənədləşdirilməmiş şəxsi loqlar (bu analiz prosesini əngəlləyir); Müxtəlif loqlarda yanlışlıqların olması (icazəsiz zorla daxil olma); Loq idarəetməsinin userləri özlərinin şəxsi loq-idarə etmə alətlərini yarada bilərlər. Loq idarə etməsi qarışıq bir proses olub müəssisələrin hər zaman səhlənkar yanaşdıqları bir sahədir. Loqa tərif verərkən bir sıra təkliflər irəli sürülüb. Loq saytların və ya hər hansı tətbiqi proqramların informasiya mübadiləsini və userlərin daxil olmasını göstərən bir prosesdir. Audit prosesində isə toplanmış məlumatlar saxlanılır, icazə sxemləri tərəfindən qorunur və həmişə istifadəçiyə funksional tələblə bağlıdır. Loq prosesi proqramların və saytların daha yaxşı fəaliyyət göstərməsi üçün texniki informasiyaları özündə cəmləyir. Rapor edilmiş buqların həqiqətənmi buq olduğunun yoxlanılmasında Analiz etmək və buqları aradan qaldırmaq üçün Proqramın hazırlanmasında yeni funksionallıqların test edilməsi hazır vəziyyətə gətirmənin prosesləri == Həyat dövrünün istifadəsi == Hər hansi bir idarə Loq idarə edilməsi alətini hazırlayərkən aşağıdakı səviyyələrdən istifadə edə bilər İlkin səviyyədə müəssisə bir neçə loq analizlərindən istifadə edərək loqları analiz edir və təhlükəsizlik baxımından araşdırır. Məqsəd müəsisəyə ola biləcək mümkün hücumların nümunəsi aşkarlamaqdır Müəssisələr loqlardan istifadə edərək bütün gizli datalara nəzarət edir və təhlükəsizlik baxımından gizli olan hər bir datalara olan girişi aşkarlaya bilirlər Yetkinliyin sonrakı mərhələsində, loq analitik enterprise səviyyəsində systemin performansını və mümkünlüyünü izləyə bilir – xüsusi ilə informasiyanın-varlığını yoxlayır.