loran 2021

loran
lor
lord
OBASTAN VİKİ
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin 16-cı dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Pyer Loran Vantsel
Pyer Loran Vantsel (fr. Pierre Laurent Wantzel; 5 iyun 1814, Paris – 21 may 1848, Paris) — Fransa riyaziyyatçısı; ilk dəfə isbat etmişdir ki, pərgar və xətkeşin köməyi ilə bucağın üç bərabər hissəyə bölünməsini həyata keçirmək və kubu ikiqat artırmaq mümkün deyil.
Sen Loran (film)
Sen Loran (fr. Saint Laurent) — 2014-cü ildə Bertrand Bonellonun rejissorluğu ilə bioqrafiya-drama janrında çəkilmiş Fransa filmidir. Filmdə Qaspar Ulliel İv Sen Loran, Ceremi Ranye Pyer Berje, Lui Qarrel isə Jak de Başerin obrazlarını yaratmışlar. İkinci dərəcəli rollarda Lea Seydu, Amira Kazar, Helmut Berger və Aymelin Valade kimi aktyorlar çəkilmişlər. Filmin mərkəzində moda dizayneri İv Sen Loranın karyerasının zirvəsini yaşadığı 1967-1976-cı illər arasındakı həyatı dayanır. Film 2014-cü il Kann Kino Festivalında Qızıl Palma Budağı mükafatına namizəd olsa da, mükafatı Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmi qazanmışdır. Film Fransa kinoteatrlarında 24 sentyabr 2014-cü ildə çıxarılmışdır. Film Oskar mükafatının "Xarici dildə Ən Yaxşı Film" nominasiyasında Fransanı təmsil etmək üçün seçilsə də, mükafata namizəd göstərilməmişdir. 2015-ci ilin yanvarında film, "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor işi", "Ən Yaxşı Aktyor" "İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktyor" nominasiyaları da daxil olmaqla, ümumilikdə on nominasiyada Sezar mükafatına namizəd göstərilmişdir. Həmçinin beş nominasiyada Lümyer mükafatına namizəd göstərilən film "Ən Yaxşı Aktyor" (Qaspar Ulliel) nominasiyasında mükafatı qazanmışdır.
San Loran (film, 2014)

Sen-Loran-an-Bomon
Sen-Loran-an-Bomon (fr. Saint-Laurent-en-Beaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38413. Kommunanın 1999-cu il üçün əhalisi 372 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 557 ilə 1492 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 36 km cənubda yerləşir.
Sen-Loran-d'Olt
Sen-Loran-d’Olt (fr. Saint-Laurent-d'Olt, oks. Sant Laurenç d'Òlt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12237. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 661 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 371 nəfərdən (15-64 yaş) 256 nəfər iqtisadi fəal, 115 hərəkətsiz (fəaliyyət göstərici 69.0%, 1999-cu ildə 71.9%) idi.
Sen-Loran-de-Levezu
Sen-Loran-de-Levezu (fr. Saint-Laurent-de-Lévézou, oks. Sent Laurenç de Leveson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vezen-de-Levezu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12236. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 35 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 156 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15-64 yaş) arasında 76 nəfər fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.4%, 1999-cu ildə 70.7%).
Sen-Loran-dyu-Kro
Sen-Loran-dü-Kro (fr. Saint-Laurent-du-Cros, oks. Sant Laurent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05148. 2008-ci ildə əhalinin sayı 528 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (mal-qara və qoyun) əsaslanır. İqtisadiyyatın vacib bir sahəsi bağçılıqdır.
Sen-Loran-dyu-Pon
Sen-Loran-dyu-Pon (fr. Saint-Laurent-du-Pont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38412 . Kommunanın 1999-cu il üçün əhalisi 4300 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 379 ilə 1735 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 23 km şimalda yerləşir.
Sen-Loran-dyu-Verdon
Sen-Loran-dü-Verdon (fr. Saint-Laurent-du-Verdon, oks. Sant Laurenç de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04186. 2008-ci ildə əhalinin sayı 93 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sen-Loran-dü-Kro
Sen-Loran-dü-Kro (fr. Saint-Laurent-du-Cros, oks. Sant Laurent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05148. 2008-ci ildə əhalinin sayı 528 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (mal-qara və qoyun) əsaslanır. İqtisadiyyatın vacib bir sahəsi bağçılıqdır.
Sen-Loran-dü-Pon
Sen-Loran-dyu-Pon (fr. Saint-Laurent-du-Pont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38412 . Kommunanın 1999-cu il üçün əhalisi 4300 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 379 ilə 1735 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 23 km şimalda yerləşir.
Sen-Loran-dü-Verdon
Sen-Loran-dü-Verdon (fr. Saint-Laurent-du-Verdon, oks. Sant Laurenç de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04186. 2008-ci ildə əhalinin sayı 93 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sen-Loran-syur-Son
Sen-Loran-sür-Son (fr. Saint-Laurent-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Loran-sür-Son

Sen Loran (film, 2014)
Sen Loran (fr. Saint Laurent) — 2014-cü ildə Bertrand Bonellonun rejissorluğu ilə bioqrafiya-drama janrında çəkilmiş Fransa filmidir. Filmdə Qaspar Ulliel İv Sen Loran, Ceremi Ranye Pyer Berje, Lui Qarrel isə Jak de Başerin obrazlarını yaratmışlar. İkinci dərəcəli rollarda Lea Seydu, Amira Kazar, Helmut Berger və Aymelin Valade kimi aktyorlar çəkilmişlər. Filmin mərkəzində moda dizayneri İv Sen Loranın karyerasının zirvəsini yaşadığı 1967-1976-cı illər arasındakı həyatı dayanır. Film 2014-cü il Kann Kino Festivalında Qızıl Palma Budağı mükafatına namizəd olsa da, mükafatı Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmi qazanmışdır. Film Fransa kinoteatrlarında 24 sentyabr 2014-cü ildə çıxarılmışdır. Film Oskar mükafatının "Xarici dildə Ən Yaxşı Film" nominasiyasında Fransanı təmsil etmək üçün seçilsə də, mükafata namizəd göstərilməmişdir. 2015-ci ilin yanvarında film, "Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor işi", "Ən Yaxşı Aktyor" "İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktyor" nominasiyaları da daxil olmaqla, ümumilikdə on nominasiyada Sezar mükafatına namizəd göstərilmişdir. Həmçinin beş nominasiyada Lümyer mükafatına namizəd göstərilən film "Ən Yaxşı Aktyor" (Qaspar Ulliel) nominasiyasında mükafatı qazanmışdır.
Antuan Loran Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
İv San Loran
İv San Loran (fr. Yves Henri Donat Mathieu-Saint-Laurent; 1 avqust 1936[…], Vəhran, Əlcəzair – 1 iyun 2008[…], Paris) — Fransa modelyeri. 1936-cı ildə hələ Fransanın müstəmləkəsi olan Əlcəzairdə doğulan Loran 1954-cü ildə "Kristian Dior" moda evinə qoşulub. Bundan iki il sonra Kristian Dior vəfat etdi və San Loran 21 yaşında baş dizayner oldu. Bir ara onu Əlcəzairdə vuruşmaq üçün əsgər də çağırıblar. İv San Loran dünyanın yüzlərlə adlı-sanlı qadınını geyindirən moda evi açıb. Lakin dizayner 2002-ci ildə bütün moda salonlarını bağlayaraq bildirib ki, tamamilə kommersiyalaşmış sənayenin bir hissəsi olmaq istəmir.
İv Sen Loran

Antuan Loran de Jüsse
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
İv Sen Loran (film)
İv Sen Loran (fr. Yves Saint Laurent) 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmidir. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır. Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır. Pyer Niney — İv Sen Loran Gilyom Qalen — Pyer Berje Şarlotta Le-Bon — Viktoriya Dotreleu Laura Smet — Lulu de la Falyez Mari de Vilpen — Betti Katrua Ksavye Lafit — Jak de Başe Nikolay Kinski — Karl Lagerfeld Ruben Alves — Fernando Sánchez Marianna Basler — Lusyeb San Loran Astrid Vetnoll — İvon De Peyerimhoff Anna Alvaro — Mari-Luis Busqet Mişel Qarsiya — Raymonde Zehnaker Patris Tibod — Kristian Dior Amira Kasar — Anna-Mari Munoz Aleksandr Steycer — Jan-Pyer Debord Jan-Eduard Bodziak — Bernard Buffet 2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı. Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır.
Sen-Loran-dü-Var
Sen-Loran-dü-Var (fr. Sen-Loran-dü-Var) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 10,11 km², əhalisi 30 076 nəfərdir (2006) artım tendensiyası ilə: 29 343 nəfər (2012), əhalinin sıxlığı 2902,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 29 942 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 29 343 nəfər.
Lorand Etvöş Universiteti
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Lorandersonia
Lorandersonia (lat. Lorandersonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Loranthaceae
Boğambürckimilər (lat. Loranthaceae) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Loranthus
Boğambürc (lat. Loranthus) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinin boğambürckimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Hyphear Danser == Növləri == Loranthus delavayi Tiegh. Avropa boğambürcü (Loranthus europaeus Jacq.) Loranthus grewingkii Boiss. & Buhse Loranthus guizhouensis H.S.Kiu Loranthus kaoi (J.M.Chao) H.S.Kiu Loranthus pseudo-odoratus Lingelsh. Loranthus tanakae Franch. & Sav.
Loranthus europaeus
Avropa boğambürcü (lat. Loranthus europaeus) — bitkilər aləminin səndəlçiçəklilər dəstəsinin boğambürckimilər fəsiləsinin boğambürc cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hyphear europaeum (Jacq.) Danser === Heterotipik sinonimləri === Loranthus dioicus Stokes Viscum quernum Rchb.
Sen-Loran-dü-Maroni (rayon)
Sen-Loran-dü-Maroni (fr. Arrondissement de Saint-Laurent-du-Maroni) — Fransanın Fransa Qvianası regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Fransa Qvianası. Suprefektura — Sen-Loran-dü-Maroni. Rayon əhalisi 2011-ci ildə 78 849 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1,9 nəf / km². Rayon sahəsi — 40 945 km².