lori

lori
lordoz
lorilər
OBASTAN VİKİ
Lori
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Lori adası
Lori adası (ing. Laurie Island, isp. isla Laurie) — Cənub Qütb dairəsi daxilində yerləşən, Cənubi Orkney adaları qrupuna daxil olan, arxipelaqın sahəsinə görə ikinci böyük adası. Adaya Argentina və Böyük Britaniya iddia edir. Bununla belə bütün ərazi iddiaları Antarktida haqqında konvensiyaya görə dondurulmuşdur. Adanın şimal-şərq qutaracağı və Uitson burnu mühüm ornitoloji bölgə hesab edilir. == Coğrafiya == Adanın sahəsi təqribi olaraq 50 km², şərqdən qərbə uzunluğu isə 12,5 mil (20,1 km) təşkil edir. Ada iki yarımadafan ibarətdir. Onlar Skotia körfəzi və Uruqvay buxtaları arasında yerləşən bərzəxlə birləşirlər. Adanın ən hündür nöqtəsi 940 metr təşkil edir.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Lori əyaləti
Lori əyaləti — (Vilâyet-i Lori) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Lori şəhəri idi. == Lori əyaləti == 25 iyul 1590-cü il (22 ramazan 998-cı il) tarixli icmal dəftəri qeydlərinə görə Lori əyaləti Lori, Axtala, Pəmbək, Taşır və Arpalı livalarından ibarət idi.
Qalın Lori mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Lori Bristou
Ser Loris Bristou (23 noyabr 1963-cü ildə anadan olub) — 2021-ci ilin iyun-noyabr ayları arasında, xüsusən də Kabilin süqutu zamanı Britaniyanın Əfqanıstandakı səfiri vəzifəsində çalışmış Britaniya diplomatı. O, 2004-2007-ci illərdə Böyük Britaniyanın Azərbaycandakı səfiri, 2016-2020-ci illərdə isə Böyük Britaniyanın Rusiyadakı səfiri vəzifələrində çalışıb. Hazırda o , Kembricdəki Hughes Hall-un prezidentidir.
Hit Lori
Hit V. Louri (ing. Heath W. Lowry; 23 dekabr 1942, Salem[d]) — Amerikalı tarixçi. Osmanlı imperiyası və müasir Türkiyə tarixi üzrə mütəxəssidir. == Həyatı == Hit Vard Louri 23 dekabr 1942-ci ildə Oreqon ştatının Salem şəhərində doğulub. Atasının müəllimliyi ilə əlaqədar 7 yaşından Hindistana getmiş, ibtidai təhsilini burada almışdır. 1955-ci ildə Hindistandan qayıdıb Kaliforniyada məskunlaşıblar. Orta məktəbi və universiteti burada oxuyub. Universitetdə teatr təhsili alıb. Portlend Dövlət Universitetini bitirməzdən əvvəl H. Louri iki il (1964–1966) Balıkəsirin ucqar dağ kəndi olan Bərərkətlidə Sülh Korpusu könüllüsü olaraq çalışıb. ABŞ-a qayıtdıqdan sonra, 60-cı illərin sonlarında o, Kaliforniya Universitetində Speros Vrionis, Andreas Titse, Qustav fon Qrünbaum və Stenford Şou kimi tarixçilərin tələbəsi olmuş, 1970-ci ildə magistr dərəcəsini və 1977-ci ildə doktorluq dərəcəsini burada tamamlamışdır.
Kuzinellus loricatus
Kuzinellus loricatus (lat. Kuzinellus loricatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Loricaria
Loricaria (lat. Loricaria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Loricariidae
Loricariidae (lat. Loricariidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Loricifera
Lorisiferlər (lat. Loricifera) — heyvanlar aləminə aid heyvan tipi. Sahil sularından tutmuş 7000 m-ə qədər dərinliklərdə yaşayır. Böyük fərdlərinin uzunluğu 250 mikronbəzi süfrələrinin uzunluğu 800 mikrona qədər ola bilir.
Lorij
Lorij (fr. Loriges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 311 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 141 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 73.0%). Fəal 141 nəfərdən 128 nəfəri (65 kişi və 63 qadın), 13 nəfəri işsizdir (6 kişi və 7 qadın). Fəal olmayan 42 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lorik Sana
Lorik Sana (27 iyul 1983, Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir. == Klub karyerası == Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
Lorilər
Lorilər (lat. Lorisidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Lorinq Hərbi Hava Qüvvələri Bazası
Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb. Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb. 1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Loris Broqno
Loris Broqno (18 sentyabr 1992, Şarlerua, Valloniya[d]) - Belçikalı peşəkar futbolçu. Azərbaycanın "Zirə" klubunda forvard kimi çıxış edir. == Karyera == Broqno peşəkar karyerasına Charleroi ilə başlayıb və 23 mart 2011 -ci ildə Belçika Pro Liqasında ilk rəsmi oyununu keçirib. Brügge FK-a 3-0 məğlub olduqları oyuna 57-ci dəqiqədə Massimo Brunonu əvəz edərək meydana çıxdı. Həmin il Charleroi Belçika İkinci Divizionuna düşdü və Broqno nadir hallarda meydana çıxmağa başladı. Nəticədə, əmisi Toni Brognonun daha əvvəl oynadığı 2011-12 qış transfer pəncərəsi zamanı yeni yüksələn Oud-Heverlee Leuvenə keçməyi seçdi. OH Leuven düşmədən təmizlənən kimi, Loris 21 Mart 2012-ci ildə Sint-Truiden üzərində 3-1 evdə qazandığı ilk qolunu vurmaqla bir qədər şans qazandı. 2012-13 mövsümündə Broqno OH Leuven üçün 8 matçda meydana çıxdı, lakin gəncin daha çox oyun vaxtı əldə etməsi üçün Brogno növbəti mövsüm üçün Lommel United-ə icarəyə verildi. Bu mövsümdən sonra OH Leuven ilə müqaviləsi sona çatdı və Mons -a keçməsinə icazə verdi. Mons üçün bir mövsüm oynadı, ancaq Mons iflasa uğradığı üçün 2014-15 mövsümünün sonunda ayrılmasına icazə verildi.
Loris Çeknavaryan
Loris Çeknavaryan (fars. لوریس چکناواریان‎, ing. Loris Tjeknavorian erm. Լորիս Ճգնավորյան ; 13 oktyabr, 1937 təvəllüdlü) — İran ermənilərindən olan bəstəkar və dirijor. == Həyatı == Loris Çeknavaryan İranın Luristan ostanının Bürucərd şəhərində anadan olub. O, 1979-cu il İran İslam İnqilabından sonra, Sovet İttifaqı və Avstriya mühacirət etmişdir və Avstriya vətəndaşlığın aldı.Hal-hazırda ABŞ-nin Kaliforniya əyalətinin Qlendeyl şəhərində yaşayır.
Lorisidae
Lorilər (lat. Lorisidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Lorisiferlər
Lorisiferlər (lat. Loricifera) — heyvanlar aləminə aid heyvan tipi. Sahil sularından tutmuş 7000 m-ə qədər dərinliklərdə yaşayır. Böyük fərdlərinin uzunluğu 250 mikronbəzi süfrələrinin uzunluğu 800 mikrona qədər ola bilir.
Loristan
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Loristan (ostan)

Loristan ostanı

Mixail Loris-Məlikov
Mixail Tarıyeloviç Loris-Məlikov (erm. Միքայել Տարիելի Լոռիս-Մելիքով, Միքայել Լոռու Մելիքյան, rus. граф Михаил Тариелович Лорис-Меликов; 21 oktyabr (2 noyabr) 1824, Tiflis, Gürcüstan quberniyası – 24 dekabr 1888, Nitsa) — 20 yanvar 1879-cu ildən 7 aprel 1879-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru, 6 avqust 1880-ci ildən 4 may 1881-ci ilədək Rusiyanın daxili işlər naziri, Rusiya hərbçisi. Mixail Tarıyeloviç Loris-Məlikov 5 noyabr 1824-cü ildə Rusiya imperiyasının Tiflis şəhərində doğulmuşdu. O, vaxtı ikən Rusiya çarının etimadını qazanmağı bacarıb. Uzun illər Krım, Qafqaz, Türkiyə müharibələrində çox aktiv döyüşüb, xüsusilə, Qafqaza könüllü surətdə can atıb. O, döyüşlərdə fəallığına görə imperator tərəfindən dövlət mükafatlarına layiq görülüb. 1854-cü ildə Krım müharibəsi dövründə Qafqazın Türkiyə sərhəddində erməni, gürcü, kürd millətindən olan dəstə yaratmağa nail olur. Türklərin qanına susayan erməni qraf M. Loris-Məlikov 1877–1878-ci illərdə Rus-Türk müharibəsində təcavüzkar fəaliyyəti ilə xüsusi seçilir. Qarsı alandan sonra 17 min türk əsir götürülür.
Photinia loriformis
Photinia loriformis (lat. Photinia loriformis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin fotiniya cinsinə aid bitki növü.
Qalın lorilərin mühafizəsi