Lüge

die; -, -n yalan, uydurma, uydurma yalan, xilaf, böhtan, gop; j-n ~n strafen bir kəsin yalanını çıxarmaq; ~n verbreiten şayiə yaymaq; reine ~ ağ yalan
Lüftung
lügen
OBASTAN VİKİ
Georq Lüger
Georq Lüger (alm. Georg Johann Luger‎; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur. Georq Lüger cərrah Bartolameus fon Lügerin ailəsində anadan olub. Onun ailəsi Paduyaya köçür və italyan dili onun ikinci dilinə çevrilir. Məktəbi bitirdikdən sonra valideynləri Georqu Vyana Kommersiya Məktəbinə göndərirlər. 1867-ci ilin oktyabr ayında Georq Lüger 78-ci piyada alayına könüllü qoşulur. Bir il sonra o, xidmət giziri olur.