Lüminessensiya
Lümenesensiya — mineralların kənar təsirlərlə əlaqədə olduqda göstərdikləri parlaqlıq, işıqlanma.
Müəyyən qrup minerallar özlərindən işıq şüası buraxırlar. Mineralların bu xassəsi müxtəlif səbəblərdən ola bilər: bəzi mineralları qızdırarkən, bəzilərini həll edərkən, bəziləri kristallaşarkən, müəyyən qrup minerallara ultra-bənövşəyi katod və ya başqa qəsa dalğalar təsir edərkən nəticədə işıqlanır. Göstərilən işıqlanma hadisəsinə lümenesensiya deyilir. Lümenesensiya hadisəsi əsas etibarı ilə qaranlıqda baş verir. Bu hadisənin səbəbləri hələ də bilinmir. Hal-hazırda bu hadisə mineralların daxili strukturları ilə əlaqələndirilir.