Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emanasiya (fəlsəfə)
Emanasiya (lat. emanatio - axın, paylanma) — qədim fəlsəfə anlayışı, [semantik və aksioloji cəhətdən] Kainatın ən yüksək sferasından aşağı, daha az mükəmməl sferalara keçid vektoru: mütləq Varlığın həddindən artıq dolğunluğunun [öz varlığının hüdudlarından kənara] yayılması.
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir. == Memarlıq və tarix == Resava olaraq da tanınan Manasiya monastırı Despotovats şəhərindən iki kilometr şimal-qərbdə, mənzərəli dərədə inşa edilmişdir.
Sanasiya
Sanasiya (pl. Sanacja, lat. Sanatio) Polşada ictimai həyatın "əxlaqın yenidən təşkil edilməsi" ilə əlaqədar ortaya çıxan siyasi hərəkatın gündəlik adı, hazırlıq əsnasında və 1926-cı il mayın 19-da dövlət çevrilişi dövründə, Yozef Pilsudski tərəfindən irəli sürüldü. Hərəkat 1935-ci ildə Pilsudski’nin ölümünə qədər birbaşa fəaliyyət göstərmişdir. == Tarixi == Parlament ölkədə kiçik bir rol oynayırdı. Siyasi müxalifətə təzyiq olunurdu. Hərəkatın əsasını Polşa siyasətində korrupsiyaya mane olmağa çalışan keçmiş ordu məmurları meydana gətirdi. Sanasiya korrupsiyanın aradan qaldırılması və inflyasiyanın azaldılması ilə bağlı müxtəlif siyasi qüvvələrin koalisiyası idi. 1928-ci ildə siyasi fəallar hökumətlə əməkdaşlıq üçün Qeyripartisan Bloku (BBWR ) yaratdılar. 1926-cı ilin avqust ayında 1921 il Konstitusiyasına əhəmiyyətli düzəlişlər edildi.
Tayrell Malasiya
Tayrell Malasiya (17 avqust 1999, Rotterdam, Cənubi Hollandiya) – İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunaytedin futbolçusu. == Karyerası == === Feyenoord === Feyenoordda ilk matçına 6 dekabr 2017-ci ildə keçirilən Feyenoord-Napoli matçında çıxıb.Matç Feyenoordun 2-1 hesablı qələbəsi ilə başa çatıb. Feyenoordda ilk qolunu isə 26 avqust 2018-ci ildə keçirilən Heerenveen-Feyenoord matçının 47-ci dəqiqəsində vurub. Matç Feyenoordun 3-5 hesablı qələbəsi ilə başa çatıb. 5 iyul 2022-ci ildə Feyenoorddan ayrıldı. === Mançester Yunayted === 5 iyul 2022-ci ildə Mançester Yunaytedlə müqavilə imzaladı.Mançester Yunayteddə ilk matçına 12 iyul 2022-ci ildə keçirilən Mançester Yunayted-Liverpul matçının 46-cı dəqiqəsində çıxıb. Matç Yunaytedin 4-0 hesablı qələbəsi ilə başa çatıb.