MÜCƏSSİMİLƏR

Tanrını insan və ya digər varlıqlar kimi təsəvvür edənlərdir. İslamda mücəssimiliyi cərəyan kimi yaradan Cəhm ibn Səfvan (128/746-ci ildə vəfat etmişdir) adlı bir şəxs olmuşdur. O, Allahı insana bənzər sifətlərdə görürdü. Orta əsrlərdə bir neçə mücəssimi təriqətləri olmuşdur. Onlardan ən tanınmışları Haşimilər idilər. Bu təriqəti Haşim ibn Həkəm adlı biri yaratmışdır. İslam tarixçilərinə görə mücəssimilərin çoxu Tanrı təcəllisinə inanan aşırı təriqətlərin davamçıları olmuşdurlar. Onlardan biri xəlifə Əli ibn Əbu Talibi tanrılaşdıran Abdullah ibn Səba idi. Bəzi Bəsrə mütəzililəri də müəyyən qədər öz baxışlarında mücəssimiliyə meyl etmişdirlər. Məsələn, onlardan bəziləri Allahın iradəsini insan iradəsinə bənzədirdilər. Ancaq, mücəssimilik bir təlim kimi formalaşmamışdır. Onun əlamətləri müxtəlif təriqətlərin və cərəyanların nümayəndələrinin dünyagörüşündə yer almışdır. Bir çox hallarda rəqabət aparan təriqətlər başqalarını təkzib etmək üçün onları mücəssimilikdə ittiham etmişdirlər. Məsələn, mütəzililər ənənə tərəfdarlarını Allahın sifətlərinin olmasına və Allahın taxtda (ərşdə) oturmasına inandıqlarına, cənnətdə Allahı görəcəklərini iddia etmələrinə görə onları mücəssimi adlandırmışdırlar.
MÜCƏDDİD
MÜCTƏHİD
OBASTAN VİKİ
Mücəssimilər
Müşəbbihilər — Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. Müşəbbih sözü təşbih (تشبيه) sözüylə eyni kökə sahibdir və mənası bənzəmə, bənzətmə və ya analogiya deməkdir. İslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-ci il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür: Allahın mahiyyətini yaradılmışların mahiyyətinə bənzədənlər; Yalnız İlahi sifətləri yaradılmışların sifətlərinə bənzədənlər. Orta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi.