MÜHTƏSİBLƏR

müsəlman cəmiyyətində İslamın əxlaq qaydalarına müsəlmanların riayət edib-etməmələrinə nəzarət edən şəxslər olmuşdurlar. Onlar spirtli içkilər qəbul edənlərə, Ramazan ayında orucu tutmayanlara, əxlaqsız hərəkətlər edənlər və başqa bu kimi əməlləri törədənlərə qarşı tədbirlər görüb, onları cəzalandırmaq hüququna malik idilər. Bundan başqa, mühtəsiblər ictimai asayışı qoruyur və qanun pozuntularının qarşısını alırdılar. Bəzən mühtəsiblər qanun pozuntularının qarşısını öncədən almaq üçün profilaktik işləri də görürdülər. Şəriət qanunlarının və cəzaların qaçınılmaz olduğunu əhalinin nəzərinə çatdırırdılar. Yalnız yetkinlik yaşına çatmış, yüksək əxlaqı keyfiyyətlərə malik olan, fiziki gücü və möhkəmliyi ilə seçilən insanlar mühtəsib ola bilərdi.
MÜHƏRRƏF
MÜQƏDDƏS GECƏLƏR