mənzil-kommunal

mənzil-kommunal
mənzil-istismar
mənzil-qərargah
OBASTAN VİKİ
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Kommunal həmrəylik
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir. Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir: Kənddə kanalizasiya sisteminin qurulması Kənddə otlaq sahələrinin təmizlənməsi. Toy və ya yas yerlərinin qurulması. Məktəb tikintisi. Məscid tikintisi.
Kommunal möhkəmləndirmə
Kommunal gücləndirmə — bir konsepsiya və ya fikrin onu dəstəkləmək üçün kifayət qədər empirik sübutların təqdim edilib-edilməməsindən asılı olmayaraq bir cəmiyyətdə dəfələrlə təsdiqləndiyi sosial fenomen. Zaman keçdikcə bu konsepsiya və ya ideya bir çox insanların zehnində möhkəm bir inanca çevrilir və icma üzvləri tərəfindən fakt kimi qəbul edilə bilər. Çox vaxt konsepsiya və ya ideya kütləvi informasiya vasitələrində, kitablarda və ya digər ünsiyyət vasitələrində nəşrlər vasitəsilə daha da gücləndirilə bilər. "Milyonlarla insanın hamısı səhv ola bilməz" ifadəsi faktoidlərin geniş şəkildə qəbul edilməsinə kömək edən, cəmiyyət tərəfindən gücləndirilmiş bir ideyanı şübhəsiz qəbul etmək üçün ümumi tendensiyanın göstəricisidir. Bu terminə çox oxşar bir termin narkotik asılılığını dayandırmaq üçün davranış üsulu olan icma gücləndirilməsidir. == Asılılığın müalicəsində == İcmanın gücləndirilməsi yanaşması (İGY) alkoqolizmə qarşı davranışçı bir terapiya yanaşmasıdır. Onun məqsədi içki içmək üçün müsbət gücləndirməni aradan qaldırmaq və ayıqlıq üçün müsbət gücləndirməni artırmaqla nəfsi saxlama bacarığına nail olmaqdır. İGY bir neçə müalicə komponentini, o cümlədən müştəridə içkidən imtina etmək motivasiyasını yaratmaq, müştəriyə ayıqlığa başlamaqda kömək etmək, müştərinin içmə tərzini təhlil etmək, müsbət gücləndirməni artırmaq, yeni mübarizə davranışlarını öyrənmək və bərpa prosesinə əhəmiyyətli insanları cəlb etmək amillərini özündə birləşdirir. Optimal müalicə nəticəsinə nail olmaq üçün bu komponentlər fərdi müştərinin ehtiyaclarına uyğunlaşdırıla bilər. Bundan əlavə, müalicənin nəticəsi terapevt tərzi və ilkin müalicə intensivliyi kimi amillərdən təsirlənə bilər.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Mənzil icması

Studio mənzil
Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi. Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur. Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır). Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır. Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Mənzil İstismar Sahəsi
Mənzil kommunal istismar sahəsi (rusca: Жилищно-эксплуатационная контора (ЖЭК)) Sovet İttifaqında, sonra isə bir sıra MDB ölkələrində mövcud olan mənzil-kommunal təsərrüfatı müəssisəsidir. Rayon mənzil idarəsi, yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Bir sıra MDB ölkələrində ləğv edilsə də, Azərbaycanın şəhər və rayonlarında hələ də mövcudluğunu qorumaqdadır. Müxtəlif yaşayış məntəqələrində onun da adları var idi: mənzil istismar xidməti (ZhES), mənzil istismar idarəsi (ZhEU), təmir və istismar idarəsi (REU), təmir və istismar müəssisəsi (REP). SSRİ dövlət mənzil fondunun bir sıra standart evlərinə xidmət göstərmək üçün yaradılmışdır. Yuxarıda göstərilən təşkilatların rəhbərləri Sovet İttifaqında pasport sistemi qaydalarına riayət etmək üçün məsuliyyət daşıyırdılar..
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi. "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur. 5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi

Mənzil İnşaatı Dövlət Agentliyi
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi. 26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.

Значение слова в других словарях