Məqalə

1) qəzet janrlarından biri: elmi, ədəbi, gündəlik hadisələr haqqında qəzet və ya jurnallarda dərc olunan yazı; 2) səhifəlik; 3) jurnalistikanın əsas janrlarından biri. Mühum həyat hadisələrinin qanunauyğunluqlarını və səciyyəvi cəhətlərini aydınlaşdırmaq, faktların ictimai-siyasi mahiyyətini, əməli əhəmiyyətini aşkara cıxarmaq məqalənin fərqləndirici xüsusiyyətləridir. Məqalədə müasir həyatla səsləşən hər hansı mühüm məsələ tədqiq və təhlil olunmalı, qabaqcıl təcrübə ümumiləşdirilməli, düzgün siyasi, praktiki nəticə çıxarılmalıdır. Məqalədə mütləq partiyalılıq, aktuallıq, mübariz ruh, nəzəri dərinlik, yuksək prinsipiallıq, siyasi kəskinlik olmalıdır. Məqalələr siyası, təbliğati, problematik, publisistik, tənqidi, tərbiyəvi, elmi, nəzəri və s. olur; 4) məcmuə, jurnal və ya qəzetdə kiçik elmi və ya publisistik yazı. Məsələn, qəzet məqaləsi, tənqidi məqalə, baş məqalə.
Məktub
Məqbul
OBASTAN VİKİ
Məqalə
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Elmi məqalə

Konfederasiya məqalələri
Konfederasiya məqalələri (ing. Articles of Confederation) — On üç koloniya arasında hazırlanmış və ölkənin ilk hökumət çərçivəsi kimi xidmət etmiş müqavilə. 1776-ci ilin iyulundan 1777-ci ilin noyabrına qədər Filadelfiyada keçirilən İkinci Kontinental Konqresdə müzakirə edilmiş və 15 noyabr 1777-ci ildə Konqres tərəfindən dərc edilmişdir. Məqalələr 13 koloniya tərəfindən ratifikasiya edildikdən sonra 1 mart 1781-ci ildə qüvvəyə minmişdir. Məqalələrin əsas prinsiplərindən biri ştatların müstəqillik və suverenliyinin qurulması, həmçinin qorunması idi.

Значение слова в других словарях