madərzad 2021
madmazel
OBASTAN VİKİ
Madlen Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.
Madlen Lui
Madlen Lui (1871-1956) - fransız tarixçisi. == Haqqında == Madlen Lui 1871-ci ildə anadan olmuş, Paris və Roma universitetlərində oxumuş, I Dünya müharibəsində iştirak etmişdir. 1924-1928-ci illərdə Fransa parlamentinin üzvü olmuşdur. XVIII əsr Fransa burjua inqilabı üzrə XX əsrin ən tanınmış mütəxəssislərindən biri hesab olunur. 1917-ci ildən Fransa akademiyasının üzvü seçilmişdir. Madlen Luinin ən monumental tədqiqatı 16 cilddən ibarət "Konsulluq və imperiya tarixi" əsəridir. Tarixçinin fikrincə, XVIII əsr Fransa Burjua inqilabı ilk mərhələsində əsl azadlıq və demokratiya ideyalarını həyata keçirib bütün fransız xalqının arzularını ifadə etmişdir. Lakin inqilabın sonrakı hadisələri Fransa tarixinin ən qara səhifələridir. Robespyer, Demulen, Marat kimi bir dəstə şöhrətpərəst və avantürist hakimiyyət hərisləri qara kütləni öz arxasınca çəkib qanlı terror və qəddarlıq əməlləri törətdilər. Nəticədə, inqilab ilk mərhələsində əldə etdiyi bütün nailiyyətlərini itirdi.
Madlen Olbrayt
Madlen Olbrayt (ing. Madeleine Korbel Albright, əsl adı Mariya Yana Korbelova, çex. Marie Jana Korbelová; 15 may 1937[…], Praqa, Çexoslovakiya – 23 mart 2022, Vaşinqton) — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçisi. == Həyatı == Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. Valideynləri 1941-ci ildə erkən uşaqlıq illərində, hələ Çexoslovakiyada olarkən yəhudilikdən katolikliyə keçmişdilər. Olbrayt ailəsi ilə birlikdə 1948-ci ildə Çexoslovakiyadan ABŞ-yə köçüb. Onun atası diplomat Cozef Korbel ailəsini Kolorado ştatının Denver şəhərində məskunlaşdırdı və 1957-ci ildə ABŞ vətəndaşı oldu. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür. 1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir.
Fransalı Madlen
Valualı Medlin (fr. Madeleine de Valois) (d. 10 avqust 1520 - ö. 7 iyul 1537) — Şotlandiya kralı V Ceymsin ilk xanımı, Şotlandiya kraliçası. O, Fransa kralı I Fransisk və xanımı Fransalı Klaudyenin qızıdır. Evliliyi 1517-ci ildə bağlanan Şotlandiya-Fransa sülhünə əsasən baş tutdu. Ancaq Medlinin doğuşdan bəri səhhəti yaxşı deyildi və toydan yalnız 6 ay sonra vəfat etdi. Bu səbəblə Şotlandiyanın Yay kraliçası olaraq anılır. == Həyatı == === Uşaqlıq illəri === Medlin 10 avqust 1520-ci ildə Sen-Jermen-an-Le sarayında Fransa kralı I Fransisk və xanımı Fransalı Klaudyenin üçüncü qızı olaraq dünyaya gəldi. Olduqca çəlimsiz bir uşaq olan Medlin həssas olan səhhətinin pozulmaması üçün daha mülayim iqlimi olan cənub torpaqlarına göndərildi.