MAGİYA

сущ. магия:
I
колдовство (совокупность приёмов и обрядов, обладающих, по религиозным представлениям, сверхъестественной силой)
2. перен. волшебство (чрезвычайно сильно и непонятным образом действующая сила)
MAGİSTRLİK
MAGİZM
OBASTAN VİKİ
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Praktiki magiya (film, 1998)
"Praktiki magiya" (ing. Practical Magic) — amerikan mistik və romantik komediya janrında, Elis Hoffmanın eyniadlı romanı əsasında çəkilmiş film. 1998-ci ildə ekranizasiya olmuşdur. Film sloqanları: "There’s a little witch in every woman." ("Hər bir qadında cadugərdən nəsə var.") və "For two sisters from a family of witches, falling in love is the trickiest spell of all." ("Cadugərlər ailəsindən olan 2 bacının, sevgi ən çətin sehri olub.") Salli və Cillian — Ouens cadugər nəslinə aiddirlər. Bu ailənin qadınları qurbağa ayaqlarından və yarasa qanadlarından nəinki möcüzə yarada blir, həmçinin ailəyə qoyulmuş lənəti mənimsəyirlər — Ouens ailəsinin qadınlarının sevqi romanları, onların seçdiyi kişilər üçün həmişə tragiq sonla bitir. Ouens ailəsinə həmçinin 2 ekssentrik xala da aiddir: Frensis və Bricet, bir də Sallinin böyüyən 2 qızı; onlar Sallinin qısamüddətli ailə həyatı zamanı doğulmuşlar və bu nəsillə ailə həyatı quran bütün kişilər kimi, o da vaxtından əvvəl həyatdan köçür. Hələ uşaqlıqda, Salli istədiklərini fəlakətə sürməmək üçün heç bir zaman heç kəsə aşiq olmayacağına and içdi. Bunun üçün o arzu tutdu: onun sevgilisi ağ atda tərs oturaraq gələcək, kaktus formasında blinçiklər hazırlayacaq, gözləri isə 2 rəngdə olacaq (yaşıl və mavi). Sonradan o belə insanı tapacaq və onun üstündən lənət götürüləcək. Bu zaman isə onun bacısı Cillian sadəlövh, qeyri-ciddi xarakterli böyüdü.
Rəqəmlərin magiyası
Numerologiya (lat. numerus – rəqəm) — bir insanın xarakterini şərh etmək və ya gələcəyini təyin etmək üçün rəqəmlərdən istifadəyə əsaslanan psevdoelm. Bütün qədim mədəniyyətlərdə "elm" və "magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiya – astrologiyadan, tibb – xalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır. Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir.

Значение слова в других словарях