Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Astral səyahət, insan şüurunun və ya ruhunun bədənini tərk edərək fərqli bir reallıq və ya "astral müstəvi" adlanan qeyri-fiziki bir aləmə səyahət etdiyi inancına əsaslanır. Bu anlayış müxtəlif mədəniyyətlərdə və mənəvi ənənələrdə minilliklərdir mövcuddur. Astral səyahətin tarixi dini, fəlsəfi və mistik inanclarla sıx əlaqəlidir. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər.
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança). Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur. Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir. "Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Astika və nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Ekistika
Ekistika — insan məskənlərini öyrənən elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Eristika
Eristika - (yun. eristikos – mübahisә edәn) mübahisә etmәk mәharәti. == Tarixi == Eristika Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş eristika çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә eristika arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә eristika adlandırılır.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Mitaka
Mitaka – (Yaponca: 三 鷹 市 Mitaka-shi) Yaponiyanın Tokio meqapolisində yerləşən bir şəhər. == Haqqında == Bu şəhər Tokio meqapolisinin ortasında yerləşir. Sahəsi 16,42 km2 olan şəhərin əhalisi 2016-cı il 1 fevral tarixində 189 168 olmuşdur. Şəhər 3 noyabr 1950-ci ildə qurulub. Şəhərin İnokaşira Parkında yerləşən Qibli muzeyi 2001-ci ildə açılıb və mühüm turistik yerdir. Şəhərin Studio Pierrot və Telecom Animation Films Subaru Tecnica International animasiya studiyaları var. Şəhərə JR East Çuo Ana və Keio Korporasiyasının Inogaşira xətləri xidmət edir.
Mimika
Mimika (q.yun. μιμικός q.yun. μιμικός - əks etdirmək) — müəyyən insan hisslərinin təzahür formalarından biri olan üz əzələlərinin ifadəli hərəkətləri və ya müxtəlif psixi vəziyyətlərini əks etdirən əlaqələndirilmiş komplekslərdə əzələ hərəkətləri. Qeyd etmək lazımdır ki, bu təriflər mimikaların əks etdirmə funksiyasına, onun psixikanın vəziyyətinə uyğunluğuna diqqət yetirir. Bədənin fiziki vəziyyəti, yəqin ki, ədalətli hesab edilə bilməyən psixi vəziyyətlə birləşir. Bundan əlavə, üz ifadəsinin vacib elementi, göz bəbəyinin ölçüsündən asılı olan baxışdır: gözün rəngi, somatik əzələlər tərəfindən idarə olunmayan buynuz qişanın parlaqlığı”.
Misiya
Misiya və ya Miziya (q.yun. Μυσία, lat. Mysia) — qədim zamanlarda Kiçik Asiyada (müasir Türkiyə ərazisi) region. Bu, yarımadanın bütün şimal-qərb hissəsini, şimalda Propontida və Hellespont, qərbdə Egey dənizi, cənubda Lidiya, şərqdə Frigiya və Vifiniya arasında yerləşirdi. Attalidlərin mifik əcdadı, qəhrəman Telefin mülkü hesab olunurdu. Nisbətən az sayda şəhəri olan dağlıq ölkə idi. Strabona görə, adı Misiya Olimpi (indiki Uludağ dağı) regionunda bolca yetişən fıstıq ağacının Lidiya dilindəki adından gəlir.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Mislina Gözükara
Mislina Gözükara (20 dekabr 1997, Qəhrəmanmaraş) — Türkiyə doğumlu azərbaycanlı futbolçu. O, hücumçu mövqeyində oynayır və hazırda Türkiyə Birinci Liqasında Nuh Spor klubunun və Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvüdür. == Klub karyerası == Gözükara, 23 oktyabr 2012-ci ildə Maraşgücüspor klubundan lisenziyasını əldə edib. Bu klub qadın futbol baş məşqçisi tərəfindən bir neçə ay əvvəl Qəhrəmanmaraşda qurulan ilk qadın futbol klubu idi. Gözükara 2012–2013 mövsümündə çıxış etməyə başlayıb. İlk sezonlarından başlayaraq beş mövsüm boyunca İkinci və Üçüncü liqada 66 oyunda 102 qol vurub. 4 dekabr 2016-cı ildə 60-cı oyununda 100-cü qolunu vurub. Komandasının kapitanı kimi xidmət edib. 2017–2018 mövsümündə ikinci liqada oynayan Qaziantepin ALG Spor klubuna transfer olub. Mövsümün sonunda komandası Birinci Liqaya yüksəlib.
Fridek-Mistek
Fridek-Mistek (çex. Frýdek-Místek [ˈfriːdɛk ˈmiːstɛk], keç. alm. Friedeck-Mistek‎) Çex Respublikasının şərqində, Morav-Sileziya bölgəsində, Ostravitse çayında yerləşən şəhər. Fridek-Mistek inzibati rayonunun mərkəzidir. == Tarix == Şəhər, Teşin Sileziyasının mərkəzi olmuş Fridek şəhərinin Morav Misteki ilə birləşməsi nəticəsində (1943-cü ildə) yaranmışdır. İkinci dünya müharibəsi zamanı şəhər sadəcə Fridek adlanırdı, müharibədən sonra iisə ona indiki adı vermişdilər. == Məşhur Fridek'lilər == Otakar Parjik (1901-1955) çexiyalı dirijor, Fridekdə anadan olmuşdu Tomaş Qalasek (1973) çexiyalı futbolçu == Qardaş şəhərlər == Polşa, Belsko-Biala Polşa, Mıslovitse Slovakiya, Jilina ABŞ, Ames, Ayova Yunanıstan, Nikaia Rusiya, Urjupinsk Belçika, Harelbeke == Qalereya == === Web link === http://www.frydekmistek.cz/ Oficiální stránky http://www.frydecko-mistecko.cz/ Regionální internetové noviny pro Frýdek-Místek a okolí http://www.bazilika.net/ Arxivləşdirilib 2007-07-01 at the Wayback Machine Římskokatolická farnost sv.
Minika GO
Minika GO - 20 yanvar 2012-ci il tarixində Turkuvaz Medya Grubunun nəzdində yaradılmış bir uşaq kanalıdır. Qardaş kanalı Minika Çocukdur. Köhnə adı Minika. Kanalın yaş həddi 7-14 yaş arasındadır. Kanal loqosunu 1 fevral 2020-ci ildə dəyişdirdi.
Sistik fibroz
Sistik fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Yukio Misima
Yukio Mişima (yap. 三島 由紀夫, Mishima Yukio), əsl adı ilə Kimitake Hiraoka (yap. 平岡 公威, Hiraoka Kimitake) (14 yanvar 1925[…], Tokio[d], Yaponiya – 25 noyabr 1970[…], Tokio[d], Yaponiya) — Yaponiya yazıçısı və dramaturqu. Müharibədən sonrakı yapon ədəbiyyatının ikinci dalğası ilə yaranan, Yaponiya estetik ənənələrinin parlaq nümayəndəsi. 1988-ci ildə, yazıçı yaddaşına dair "Sintiya" yayımcılığı yaranır və Yukio Mishima mükafatı təsis olunur. == Həyatı == Yukio Mişima 14 yanvar 1925-ci ildə bir dövlət rəsmisi ailəsində anadan olmuşdur. Atası Adzusa Hiraoka və onun həyat yoldaşı Sidzue. Onun atası Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir Tokio İmperator Universitetinin, fəaliyyət üçün tələb olunan dövlət imtahanından parlaq, ən yüksək rəsmi səviyyədə bitirmişdi, lakin bürokratiya çərçivəsində yerinə Maliyyə Nazirliyi şəxsi bias və intriqa qəbul indi Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi adlanan Nazirliyində, işləməyə məcbur olur. Yukionun babası - Hiraoka Sadataro 1908—1914-cü illər arası Cənubi Saxalinin qubernatoru vəzifəsində işləyib. .
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Ümumdünya Missiya Cəmiyyəti
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Qeyri-mümkün missiya
'Qeyri-Mümkün Missiya' - Impossible Missions Force (IMF) kimi tanınan qondarma gizli casusluq agentliyinə əsaslanan multimedia franşizidir. 1966-cı ildə çəkilən serial yeddi mövsüm çəkildi və 1988-ci ildə iki mövsüm üçün yenidən canlandı. O, 1996-cı ildən başlayaraq Tom Kruzun baş rolda çəkildiyi bir sıra teatr kinofilmlərinə ilham verdi. 2011-ci ilə qədər françayzinq 4 milyard dollardan çox gəlir əldə etdi Missiya: Mümkün olmayan bütün zamanların ən çox gəlir gətirən media françayzinqlərindən biri.
Missiya rəhbərinin müavini
Missiya rəhbərinin müavini — bir diplomatik missiyanın, məsələn, səfirlik və ya konsulluğun rəhbərinin müavinini və ya köməkçisini təmsil edən şəxs. Bu şəxs, rəhbərin olmadığı hallarda missiyanı idarə etmək və gündəlik diplomatik fəaliyyətlərə nəzarət etmək məsuliyyətini daşıyır. Diplomatik iyerarxiyada əhəmiyyətli vəzifələrdən biridir və missiyanın icra olunmasında əsas rol oynayır. == Vəzifə və öhdəlikləri == Missiya rəhbərinin müavininin vəzifə və öhdəlikləri diplomatik missiyanın fəaliyyətlərinin effektiv və mütəşəkkil şəkildə icra olunmasını təmin etməkdən ibarətdir. Bu şəxs, adətən, missiyanın ikinci ən yüksək rütbəli diplomatı olur və missiya rəhbərinin - səfirin və ya baş konsulun əsas yardımçısıdır. Missiya rəhbərini əvəz etmək onun başlıca vəzifələrindən biridir. Belə ki, missiya rəhbərinin olmadığı vaxtlarda müvain onun bütün səlahiyyətlərini və funksiyalarını icra edir və qərarları qəbul edir. DCM missiyanın gündəlik işlərinin təşkil olunmasına və diplomatik heyətin fəaliyyətinə nəzarət edir. Bu, daxili və xarici siyasət məsələləri ilə bağlı işləri əlaqələndirməkdən, departamentlər arasındakı işləri bölüşdürməkdən ibarət ola bilər. Missiyanın rəhbərinin müavini digər ölkələrin nümayəndəlikləri, yerli hökumət rəsmiləri və beynəlxalq təşkilatlarla əlaqələri idarə edir və inkişaf etdirir.
Misti Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Mişima (şəhər)
Mişima (三島市, Mimisa-şi) — Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 62,13 km² , əhalisi 164 792 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 1782,68 nəfər. == Coğrafi vəziyyəti == Mişima şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Numacu, Susono şəhərləri və Kannami, Simicu, Naqaicumi, Hakone qəsəbələri ilə həmsərhəddir . == Əhalisi == Şəhərin əhalisi 110 758 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .
Sanae Mişima
Sanae Mişima (d. 3 may 1957) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yukio Mişima
Yukio Mişima (yap. 三島 由紀夫, Mishima Yukio), əsl adı ilə Kimitake Hiraoka (yap. 平岡 公威, Hiraoka Kimitake) (14 yanvar 1925[…], Tokio[d], Yaponiya – 25 noyabr 1970[…], Tokio[d], Yaponiya) — Yaponiya yazıçısı və dramaturqu. Müharibədən sonrakı yapon ədəbiyyatının ikinci dalğası ilə yaranan, Yaponiya estetik ənənələrinin parlaq nümayəndəsi. 1988-ci ildə, yazıçı yaddaşına dair "Sintiya" yayımcılığı yaranır və Yukio Mishima mükafatı təsis olunur. == Həyatı == Yukio Mişima 14 yanvar 1925-ci ildə bir dövlət rəsmisi ailəsində anadan olmuşdur. Atası Adzusa Hiraoka və onun həyat yoldaşı Sidzue. Onun atası Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir Tokio İmperator Universitetinin, fəaliyyət üçün tələb olunan dövlət imtahanından parlaq, ən yüksək rəsmi səviyyədə bitirmişdi, lakin bürokratiya çərçivəsində yerinə Maliyyə Nazirliyi şəxsi bias və intriqa qəbul indi Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi adlanan Nazirliyində, işləməyə məcbur olur. Yukionun babası - Hiraoka Sadataro 1908—1914-cü illər arası Cənubi Saxalinin qubernatoru vəzifəsində işləyib. .