MALİYYƏLƏŞDİRİLMƏ

сущ. от глаг. maliyyələşdirilmək ; финансирование. Xalq təsərrüfatının maliyyələşdirilməsi финансирование народного хозяйства
MALİYYƏÇİ
MALİYYƏLƏŞDİRİLMƏK
OBASTAN VİKİ
Təşkilatın maliyyələşdirilməsi üsulları
Təşkilat səviyyəsindəki bazar tipli iqtisadiyyatın əsasında maliyyələşmənin 5 elementli sistemi dayanır: özünümaliyyələşdirmə; bazar kapitalı mexanizmləri vasitəsilə birbaşa maliyyələşdirmə; bank kreditləşməsi; büdcə maliyyələşdirilməsi; təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi. Özünümaliyyələşdirmə — fəaliyyətin generasiya olunan gəlir hesabına maliyyələşdirilməsidir. Bu üsulun məğzi ondan ibarətdir ki, təşkilatın mülkiyyətçiləri həmişə aşağıdakılar arasında seçim edə bilərlər: hesabat ilində əldə edilmiş gəlirin istifadə və ya digər layihələrə sərmayəsi məqsədilə tam götürülməsi; gəlirin elə həmin təşkilatın fəaliyyətinə yenidən sərmayə olunması, belə ki, əldə olunmuş gəlirin belə yatırılması onlar üçün daha sərfəlidir; ilk iki variantın kombinə edilməsi; əldə edilmiş gəlirin iki yerə bölünməsi: təkrar sərmayə və dividendlər. Son variant daha geniş yayılmışdır, çünki, cari və sonraya saxlanılmış istifadənin arasında kompromiss əldə edilməsinə, maliyyə-təsərrüfat fəaliyyətinin həcminin artırılmasına imkan verir. Özünümaliyyələşdirmə– əlavə vəsait mənbələlərinin mobilizasiyasının daha əyani üsuludur, lakin uzunmüddətli planda çətin proqnozlaşdırılandır və həcmcə məhduddur. Buna görə də biznesin istənilən strateji inkişafı maliyyələşmənin əlavə mənbələrinin cəlb olunmasını nəzərdə tutur. Heç bir təşkilat özünümaliyyələşmə ilə kifayətlənmir, belə ki borc içində yaşamaq yalnız o zaman mümkündür ki, bu borc əsaslandırılmış olsun. Buna görə də təşkilat digər mənbələrdən əlavə vəsait cəlb olunmasına əl atır, bunlardan da ən əhəmiyyətlisi kapital bazarıdır. Kapital bazarında vəsaitlərin mobilizasiyasının iki əsas variantı mövcuddur: işgüzar və borc maliyyələşməsi. Borc maliyyələşməsinə diqqət yetirək: Borc maliyyələşməsi zamanı təşkilat bazara öz səhmləri ilə çıxır, yəni, səhmlərin əlavə satışından ya mülkiyyətçilərin sayının artması yolu ilə, ya da artıq mövcud olan mülkiyyətçilərə əlavə yatırım etməklə vəsait əldə edir.

Значение слова в других словарях