Təşkilatın maliyyələşdirilməsi üsulları

Təşkilat səviyyəsindəki bazar tipli iqtisadiyyatın əsasında maliyyələşmənin 5 elementli sistemi dayanır:

  1. özünümaliyyələşdirmə;
  2. bazar kapitalı mexanizmləri vasitəsilə birbaşa maliyyələşdirmə;
  3. bank kreditləşməsi;
  4. büdcə maliyyələşdirilməsi;
  5. təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi.

Özünümaliyyələşdirmə

[redaktə | mənbəni redaktə et]

Özünümaliyyələşdirmə — fəaliyyətin generasiya olunan gəlir hesabına maliyyələşdirilməsidir. Bu üsulun məğzi ondan ibarətdir ki, təşkilatın mülkiyyətçiləri həmişə aşağıdakılar arasında seçim edə bilərlər:

Son variant daha geniş yayılmışdır, çünki, cari və sonraya saxlanılmış istifadənin arasında kompromiss əldə edilməsinə, maliyyə-təsərrüfat fəaliyyətinin həcminin artırılmasına imkan verir.

Özünümaliyyələşdirmə– əlavə vəsait mənbələlərinin mobilizasiyasının daha əyani üsuludur, lakin uzunmüddətli planda çətin proqnozlaşdırılandır və həcmcə məhduddur. Buna görə də biznesin istənilən strateji inkişafı maliyyələşmənin əlavə mənbələrinin cəlb olunmasını nəzərdə tutur.

Heç bir təşkilat özünümaliyyələşmə ilə kifayətlənmir, belə ki borc içində yaşamaq yalnız o zaman mümkündür ki, bu borc əsaslandırılmış olsun. Buna görə də təşkilat digər mənbələrdən əlavə vəsait cəlb olunmasına əl atır, bunlardan da ən əhəmiyyətlisi kapital bazarıdır.

Kapital bazarında vəsaitlərin mobilizasiyasının iki əsas variantı mövcuddur: işgüzar və borc maliyyələşməsi. Borc maliyyələşməsinə diqqət yetirək:

Bazar kapitalı mexanizmləri vasitəsilə birbaşa maliyyələşdirmə

[redaktə | mənbəni redaktə et]

Borc maliyyələşməsi zamanı təşkilat bazara öz səhmləri ilə çıxır, yəni, səhmlərin əlavə satışından ya mülkiyyətçilərin sayının artması yolu ilə, ya da artıq mövcud olan mülkiyyətçilərə əlavə yatırım etməklə vəsait əldə edir. İkinci halda bazarda təcili qiymətli kağızlar- istiqrazlar satır, bunlar da öz sahiblərinə uzunmüddətli cari gəlir əldə etməyə və istiqrazların təşkili zamanı qoyulmuş şərtlərə uyğun olaraq kapitalın qaytarılmasına imkan verir.

Nəzəri olaraq, kapital bazarı bir maliyyələşmə mənbəyi kimi məhdud deyil. Əgər potensial sərmayəçilərin mükafatlandırılması uzunmüddətli planda cəlbedicidirsə, sərmayə tələbatını böyük həcmlərdə qane etmək olar. Lakin bazarların fəaliyəti, onların iştirakçılarına qoyulan tələblər, dövlət orqanları və bazarın özü tərəfindən nizamlanır- kapital strukturunun və maliyyə riskinin asılılığıdır. Burada dövlətin rolu sənayemaliyyə kapitalının konsentrasiyasına mane olan antiinhisar qanunvericiliyindədir.

Bank kreditləşməsi

[redaktə | mənbəni redaktə et]

İlk iki üsulun çatışmamazlıqları ilə müqayisədə (cəlb olunan vəsaitlərin məhdudluğu, orta və kiçik biznesin bir çox təşkilatları üçün əlverişsizlik və realizasiya çətinlikləri) bank kreditləşməsi daha cəlbedicidir: kreditin alınması borc alanın istehsal həcmilə “prinsip etibarilə” bağlı deyil, səhmlərin bazarda kotirovkasından sabit gəlirin əldə olunması ilə, cəlb olunan kapitalın ölçüsü nəzəri olaraq, istənilən böyüklükdə ola bilər, tərtibat və alınma qısa müddət ərzində mümkündür və s, Əsas problem- bank işçisini əlverişli şərtlərlə kredit verməyə inandırmaqdır.

Büdcə maliyyələşməsi

[redaktə | mənbəni redaktə et]

Büdcə maliyyələşməsi – maliyyələşmənin, müxtəlif səviyyəli büdcələrdən vəsait alınmasını nəzərdə tutan daha arzuolunan metodududur. Maliyyələşmənin bu formasının cəlbediciliyi ondadır ki, mənbə praktik olaraq pulsuzdur, alınan məbləğlər çox vaxt qaytarılmır, onların xərclənməsinə zəif nəzarət olunur.

Təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi

[redaktə | mənbəni redaktə et]

Təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi o zaman yaranır ki, təşkilatlar bir-birinə möhlətli ödəmə şərtləri ilə mal verir. Hesablamalarda dövriyyədən çıxarılmış olan vəsait ölçüsü bir çox faktorlardan, o cümlədən bank sisteminin şaxələnməsindən və çevikliyindən asılıdır. Prinsipial fərq: digər üsullar strateji əhəmiyyət kəsb etdiyi halda qarşılıqlı maliyyələşmə cari fəaliyyətin qısamüddətli maliyyələşməsi sisteminin bir hissəsidir.

Planlı iqtisadiyyatda son iki üsul üstünlük təşkil edir, bazar iqtisadiyyatında isə gəlirbazar kapitalı təsərrüfat subyektlərinin iqtisadi potensialını inkişaf etdirməsinin əsas üsulları kimi nəzərdən keçirilir.[1]

Xüsusi kapitalın idarə edilməsi.

[redaktə | mənbəni redaktə et]

Nizamnamə kapitalı əsas və bir qayda olaraq səhmdar tipli təşkilatın yaradılma anında yeganə maliyyələşmə mənbəyi olub, mülkiyyətçinin aktivlərdəki payını xarakterizə edir. Balansda təsisat sənədləri ilə müəyyənləşən məbləğ şəklində göstərilir. Nizamnamə kapitalının artırılması (azaldılması) mülkiyyətçilərin razılığı ilə illik iclasın nəticələri əsasında və təsisat sənədlərinin mütləq dəyişdirilməsi şərtilə aparılır. Qanunvericilik tərəfindən nizamnamə kapitalının azaldılmasına o zaman icazə verilir ki, onun həcmi xalis aktivlərin dəyərini üstələsin.

Nizamnamə kapitalı

[redaktə | mənbəni redaktə et]

Nizamnamə kapitalı mülkiyyətin, kreditorların maraqlarına zəmanət verən minimal ölçüsünü müəyyənləşdirir. Bəzi təşkilati-hüquqi formalar üçün nizamnamə kapitalına aşağıdan məhdudiyyətlər var.

Nizamnamə fonduna qoyulma vasitəsi təkcə pul deyil, eləcə də istənilən material dəyərlər: binalar, tikililər, avadanlıqlar, xammal, qiymətli kağızlar, eləcə də qeyri-material aktivlər də ola bilər.

Əlavə kapital 

[redaktə | mənbəni redaktə et]

Əlavə kapital təşkilatın əsas vəsaitlərinin, kapital quruculuq və digər mülkiyyət obyektlərinin 12 aydan artıq faydalı istifadə müddəti ilə tam qiymətləndirilməsi məbləğindən, eləcə də yerləşdirilmiş səhmlərin nominal dəyərindən artıq əldə edilmiş məbləğdən ibarətdir. Bu mənbənin istifadə istiqamətləri mühasibat tənzimləyiciləri tərəfindən tənzimlənir və artıq qiymətləndirmə ilə əlaqədar dövriyyədənkənar aktivlərin dəyərinin azalmasını ödəməkdən, nizamnamə kapitalını artırmaqdan, təşkilat iştirakçıları arasında bölüşdürməkdən ibarətdir.

Ehtiyat kapital.

[redaktə | mənbəni redaktə et]

Təşkilatda ehtiyat kapital ya məcburi qaydada, ya da təsisat sənədlərində nəzərdə tutlması şərtilə yaradıla bilər. Ehtiyat kapitalın formalaşdırılması təyin olunmuş məbləğ əldə olunana qədər illik ayırmalar yolu ilə həyata keçirilir. Ehtiyat kapitaların vəsaitləri digər vəsaitlər olmadığı halda zərərlərin ödənilməsi, cəmiyyətin istiqrazlarının ödənməsi, xüsusi səhmlərin alınması üçün nəzərdə tutulur.[2]

Bölünməmiş gəlir.

[redaktə | mənbəni redaktə et]

Təşkilat tərəfindən işin sonunda əldə olunmuş gəlir səlahiyyətli orqan (səhmdar cəmiyyətin səhmdarlarının ümumi iclası və ya MMC-nin iştirakçılarının yığıncağı) tərəfindən dividendlərin ödənilməsi, ötən illərin zərərlərinin ödənilməsi və s. məqsədlərlə bölünür. Bölünməmiş qalıq gəlir təşkilatın aktivlərinə yenidən sərmayə edilir; xüsusi vəsait mənbəyi kimi əks olunur və səhmdarların növbəti yığıncağınadək dəyişilməz qalır.

Strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün maliyyə mənbəyi kimi nizamnamə kapitalının səhmlərin əlavə emissiyası yolu ilə birdəfəlik artırılması çıxış edə bilər.

Borc kapitalının idarə edilməsi.

[redaktə | mənbəni redaktə et]

Borc kapitalının istifadəsi çox zaman iqtisadi cəhətdən sərfəli olur, belə ki, onun ödənişi səhm kapitalının ödənişindən aşağıdır, yəni kredit faizləri kapitalın öz rentabelliyindən azdır. Bundan əlavə bu mənbənin cəlb edilməsi mülkiyyətçilərə nəzarət edilən maliyyə ehtiytlarının ölçüsünü artırmağa, bununla da təşkilatın sərmayə imkanlarını artırmağa imkan verir. Borc kapitalının əsas növləri: istiqraz vərəqələri və bank krediti.

İstiqraz vərəqəsi

[redaktə | mənbəni redaktə et]

İstiqraz vərəqəsi-onun sahibinə istiqrazı buraxan şəxsdən nəzərdə tutlmuş vaxtda onun nominal dəyərini və ya əmlak ekvivalentini almaq hüququ verən qiymətli kağızdır. Bu vərəqlər sahiblərinə onda fiksə olunmuş faizləri və ya digər əmlak alınması hüququnu verir. İstiqrazlar dövriyyəyə aşağıdakılar tərəfindən buraxıla bilər.

1) dövlət və onun subyektləri tərəfindən- dövlət və ya bələdiyyə qiymətli kağızları;

2) təşkilatlar tərəfindən- borca verilən özəl qiymətli kağızlar.

İstiqrazların təsnifatı:

– qüvvədə olma müddətinə görə: qısamüddətli (3 ilədək); ortamüddətli (3-7 il); uzunmüddətli (7-30il); müddətsiz;

– kupon gəlirinin ödənilmə üsullarına görə;

istiqrazın təminat üsuluna görə;

– dövriyyənin xarakterinə görə ( adi və konvertasiya olunan).

Kupon tarifi kapital bazarında orta faiz tarifindən asılıdır.

İstiqraz nominal dəyərə malik olmalıdır, belə ki, buraxılmış istiqrazların cəmi nominal dəyəri nizamnamə kapitalından az olmalıdır, ya da təşkilat tərəfindən üçüncü şəxsə verilmiş təminat ölçüsünü keçməməlidir.

Buraxılış, nizamnamə kapitalı ödənildikdən sonra mümkündür. Səhmdar cəmiyyəti aşağıdakı istiqrazları buraxmaq hüququna malikdir:

1. girov təminatı olan əmlak;

2. üçüncü şəxslər tərəfindən verilən təminat;

3. Səhmdar Cəmiyyətin üçüncü fəaliyyət ilindən tez olmayaraq, təminatsız.[3]

Bank kreditini bank əməliyyatları aparmaq üçün lisenziya almış kommersiya bankları və digər kredit təşkilatları təqdim edir.

Bir qayda olaraq, banklar qısamüddətli kreditlər(12 ay ərzində ödənilən) verir; onlar cari əməliyyatların maliyyələşməsibankın likvidliyi və ödəmə qabiliyyətinin saxlanılması üçün istifadə olunur.

Uzunmüddətli kreditlər kapital quruculuq və digər rekonstruksiya xərclərinin maliyyələşdirilməsi və digər kapital yatırımları üçün istifadə olunur və onların xərci gələcək gəlir hesabına əvəzlənməlidir. Buna görə də uzunmüddətli kreditin alınması təşkilatın krediti ödəmə və vaxtında ödəmə qabiliyyətini təsdiq edən iqtisadi hesablamalarla müşayiət olunur. Bundan əlavə kredit müqaviləsi kreditin məqsədli istifadəsini də nəzərdə tuta bilər.

Məbləğ və müddətindən asılı olmayaraq kredit müqaviləsi yazılı formada tərtib olunmalıdır, əks halda əhəmiyyətsiz sayılır.

Lizinq-maliyyələşmə mənbəyi kimi

[redaktə | mənbəni redaktə et]

Lizinq- müvəqqəti sərbəst və ya cəlb olunmuş maliyyənin sonradan icarə şərtləri ilə müştəriyə verilməsi məqsədilə əmlak əldə edilməsinə sərmayəsini nəzərdə tutan xüsusi əməliyyatdır.

İqtisadi məzmununa görə lizinq müqaviləsi kreditləşmə əməliyyatlarına yaxındır. Lizinqverən (icarəçi) qoyduğu sərmayədən – əmlakın əldə edilməsi və onun lizinqalana (icarəyəgötürənə) verilməsindən faiz götürməyə çalışır, bu onun üçün aktivlərin əldə edilməsinin maliyyələşdirilməsi üsuludur.

Lizinqin xüsusiyyətləri:

– əmlakın itirilmə və xarab olma riskini lizinq zamanı icarəyəgötürən, adi icarə zamanı isə mülkiyyət sahibi daşıyır;

– lizinq müqaviləsi lizinqverəni müştərinin obyektinin texniki dəstəklənməsinə, mənəvi cəhətdən köhnəlmiş avadanlığın əvəzlənməsinə məcbur edir;

– lizinqalana onun öz arzusu ilə seçdiyi və əldə etdiyi əmlak verilir.

Lizinq sövdələşməsi bir sıra ardıcıl əməliyyatlardan ibarətdir:

1. müəyyən əmlaka ehtiyacı olan lizinqalan əmlak əldə etmək istədiyi satıcını seçir;

2. lizinq şirkəti ilə müqavilə bağlanılır;

3. lizinq müqaviləsi əsasında əmlak əldə edilir;

4. əmlak lizinqgötürənə icarəyə verilir;

5. sövdələşmənin maliyyələşməsi üçün öz vəsaitləri yetmədikdə borc vəsaitləri cəlb olunur;

6. lizinq obyekti zərər(məhvolma) riskindən sığortalanır.

Tipik lizinq sövdələşməsinin modifikasiyaları da mümkündür (lizinq şirkəti ilə əmlak istehsalçısının bir şəxsdə birləşməsi və ya istehsalçının nəzarətində lizinq şirkətinin olması).

Maliyyə lizinqinin əməliyyat lizinqindən fərqi. Maliyyə lizinqi- lizinq predmetinin mülkiyyət hüququnun lizinqalana keçməsi ilə bitən-əsas, lakin tam olmayan meyar- icarə münasibətlərinin bir növüdür. Maliyyə lizinqinin iqtisadi məğzi- lizingalan obyektin faydalı istifadəsi ilə tutuşdurulan müəyyən müddət ərzində lizinqverənin bütün sərmayə xərclərini, komission mükafatlarını ödəyir. Əməliyyat lizinqi-maliyyə lizinqi tərifi ilə izah olunmayan istə[4]

  1. "Arxivlənmiş surət". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.
  2. "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.
  3. "Arxivlənmiş surət". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.
  4. "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.