MAMIR BATAQLIĞI

Ən geniş yayılmış bataqlıq tipi. Avrasiya və Şimali Amerikanın meşə zonasında böyük əraziləri tutur. Onların əmələ gəlməsinə səbəb bol rütubətlənmə və suyun durğunluğudur (92-94%). Ot və kolcuq yarusları, çox vaxt zəif ağacların seyrək çətirləri olur. Bataqlıq massivlərinin çoxunu üst sfaqnum bataqlıqları tutur.
MAQNİT FIRTINALARI
MANEƏ RIFI, SƏDD RIFI
OBASTAN VİKİ
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Ağ mamır
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Olman bataqlığı
Olman bataqlığı (belar. Альманскія балоты) — Avropanın üst, keçid və alt formalı bataqlıq kompleksi. Müasir dövrə qədər öz ilkin formasını saxlamış bataqlığın ərazisində yasaqlıq yaradılmış. Olman bataqlığı ərazisində hərbi aviasiya poliqonu yerləşir. Massivin cənub-qərb hissəsi Ukrayna ərazisinə daxildir. O üzdən bataqlığın cənub sərhəddi dövlət sərhəddi zolağına uyğun gəlir. Bataqlıq ərazisində yerləşən yollar və hərbi postlar ümumi sahənin 1%-ni təşkil edir. Ümumi sahənin 40 % - i açıq sahəli bataqlıqdır. Bu ərazidə mamırlar və nadir halda ağcaqayınlar üstünlük təşkil edir. Bataqlığın mərkəzi hissəsində qumlu dyun və qum tirələri mövcuddur.
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. == Coğrafiya == Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Vasyuqan bataqlığı
Vasyuqan bataqlığı — Dünyanın ən böyük bataqlıqlarından biri. Qərbi Sibirdə, Ob və İrtış çayları arasında, əsasən Tomsk vilayətinin daxilində yerləşən Vasyugan düzənliyinin ərazisində yerləşir. Ərazisinin bir hissəsi Novosibirsk və Omsk, Tümen vilayətləri və Xantı-Mansi muxtar dairəsində yerləşir 2007-ci ildən bəri Vasyuqan bataqlıqları UNESCO-nun Ümumdünya irsi siyahısına daxil olmaq üçün namizəd olmuşdur. == Təsviri == Bataqlığın sahəsi 53 min km² (müqayisə üçün: İsveçrənin sahəsi 41 min km²), qərbdən şərqə qədər uzunluğu 573 km, şimaldan cənuba isə 320 km-dir. Vasyuqan bataqlığı təxminən 10 min il əvvəl yaranmış və bu gündə belə davamlı olaraq artmaqdadır. Son 500 il ərzində müasir ərazilərinin 75% formalaşmışdır. Bataqlıqlar bölgədəki təmiz su mənbəyidir (su ehtiyatı 400 km³). Burada 800 minə yaxın kiçik göl var. Bir çox çaylar bataqlıqlardan qaynaqlanır, xüsusən: Ava, Bakçar, Bolşoy Yuqan, Vasyuqan, Demyanka, İksa, Karqat, Kyunqa , Nyurolka, Kiçik Tartaş, Tartaş, Kiçik Yuqan, Om, Parabel, Parbiq, Tara, Tui, Uy, Çay, Çertal, Çizhapka, Çuzyk, Çulym, Şeqarka, Şiş. Bataqlıqda torfun böyük ehtiyatları var.
Viru bataqlığı
Viru (est. Viru raba) — Estoniyanın şimalında, Baltik dənizi yaxınlığında bataqlıq. Viru bataqlığı üst bataqlıq tipinə aiddir. Lahemaa Milli Parkı ərazisində yerləşir. Pudisoo çayının hövzəsinə daxildir. Tallin — Narva magistral yolundan şimalda, Loksa şəhərinin şərqində yerləşir. Viru bataqlığını şam ağacları və böyük olmayan qum dyunləri əhatə edir. Batqlığın təxmini sahəsi 235 hektardır. == Ümumi məlumat == Viru bataqlığı təxminən 5 min əvvəl mövcud olmuş Viru gölünün bataqlıqlaşması nəticəsində meydana gəlmişdir. Viru gölü buzlaq mənşəli olub buzlağın çəkilməsi nəticəsində meydana gəlmişdir.