Manaqua
manat
OBASTAN VİKİ
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.