MARS
MARSHAL
OBASTAN VİKİ
Android Marshmallow
Android 6.0 Marshmallow — 28 may 2015-ci ildə Google I/O şirkəti tərəfindən təqdim olunmuş mobil əməliyyat sistemidir. Android Lollipop dan fərqli olaraq bu əməliyyat sistemində yeniliklər və yeni funksiyalar təqdim olunub. == YENİLİKLƏR == İlk baxışdan Android Lollipopdan fərq müşahidə olunmur.Material Design konsepsiyası tamamı ilə saxlanılır. Müşahidə olunan fərqlər bunlardan ibarətdir: Barmaq izi ilə kiliddən acma imkanı. Google Now On Tap funksiyasının dəstəklənməsi. Multipəncərəli rejim. Çoxsaylı animasiya yenilikləri. Project Brillo-ağıllı "ev"lə işləmə sistemi. System Tuner UI gizli menyu Apple_Pay tətbiqinə oxşar Android_Pay tətbiqinin peydə olması.YENİLƏMƏLƏR Bu versiyanı almış ilk qurğular:Nexus 5, Nexus 6,Nexus 7 (2013),Nexus 9 və Nexus Player. Android 5.0 dan bir başa 5.1-ə yeniləmək mümkündür.
Baku Marshals Club
Baku Marshals Club Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən təsis edilib. Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirləri təşkil edir, müsahibələr və təlimlər keçirir , eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur. Klubun əsas hədəfləri arasında Azərbaycanda Marşalaşma ənənələrini genişləndirmək və inkişaf etdirmək, dünyanın digər Marşal klubları və icmalarla təcrübə mübadiləsi və ünsiyyət qurmaqdır .Bakı Marşal Klubu , klub üzvləri arasında komanda ruhunu gücləndirmək və inkişaf etdirmək üçün müxtəlif motivasion, məlumatlandırma və komanda yaratma tədbirlərinin təşkili üçün məsuliyyət daşıyır. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. Formula 1 aləmində Marşallara həmçinin Yarış Rəsmiləri də deyilir. Onların işi Formula 1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. == Ulduz elçisi == Mayın 6-da Marriott Abşeron otelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. == Xarici keçidlər == ==== KİV-də məqalələr ==== Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb (Azertag.az) Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (Az.trend.az) Marşal Proqramına qeydiyyat başladı (Sputnik.az) Marşal (Bakucitycircuit.az) Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub (Azertag.az) Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub (Asanradio.az) Arxivləşdirilib 2016-06-28 at the Wayback Machine == Mənbə == Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir. Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub. == Sosial Hesabları == Baku Marshals Club Facebook-da.
Crataegus marshallii
Crataegus marshallii (lat. Crataegus marshallii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Crepis marshallii
Crepis vesicaria (lat. Crepis vesicaria) – mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == Barkhausia taraxacifolia (Thuill.) DC. Crepis hackelii Lange Crepis hyemalis subsp. hackelii (Lange) Nyman Crepis marshallii (C.A.Mey.) Sch.Bip. Crepis recognita Haller f. Crepis rutilans Lacaita Crepis scariosa Willd. Crepis taraxacifolia subsp. haenseleri (Boiss. ex DC.) Nyman Crepis taraxacifolia subsp. heterocarpa (Boiss.) Nyman Crepis taraxacifolia subsp.
Marshall
Hamfri Marşal (ing. Humphry Marshall; 10 oktyabr 1722, Çester qraflığı[d], Pensilvaniya – 5 noyabr 1801, Çester qraflığı[d], Pensilvaniya) — amerikalı botanik.
Marshallia
Marshallia (lat. Marshallia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Marshallia caespitosa Nutt. ex DC. Marshallia graminifolia (Walter) Small Marshallia graminifolia var. cyananthera (Elliott) Beadle & Boynton Marshallia grandiflora Beadle & F.E.Boynton Marshallia lanceolata (Michx.) Pursh Marshallia latifolia (Michx.) Pursh Marshallia mohrii Beadle & F.E.Boynton Marshallia obovata (Walter) Beadle & F.E.Boynton Marshallia ramosa Beadle & F.E.Boynton Marshallia trinervia (Walter) lesquereux ex Trel.
Marshalljohnstonia
Marshalljohnstonia (lat. Marshalljohnstonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Marshalljohnstonia gypsophila
Marshalljohnstonia (lat. Marshalljohnstonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ojisan and Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. == Məzmun == Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ojisan to Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. == Məzmun == Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
The Marshall Mathers LP
The Marshall Mathers LP Amerikalı reper Eminemin üçüncü albomudur. Albom Qremmi mükafatına layiq görülmüşdür. 2000-ci ildə çıxan albom ilk həftəsində 1760000 nüsxə satılmış və tarixin ən sürətli satılan albomu olaraq Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. Albom RIAA almaz olaraq sertifikarlaşdırılmış və bütün dünyada 22 milyon nüsxə satılmışdır. Albom tənqidçilər tərəfindən bu günə kimi yaradılmış ən yaxşı rep albomu kimi qəbul olunub.
The Marshall Mathers LP 2
The Marshall Mathers LP 2 amerikalı repçi Eminemin 8-ci albomu,The Marshall Mathers LP albomunun davamı. 24 May 2012-də Eminem yeni albomu üzərində işləməyə başladığını bildirdi. 30 İyun 2012-də sahibi olduğu Shade 45 radiyosunda DJ Whoo Kidin verilişinə qatılan Eminem, yeni albomun artıq formalaşdığını və Dr. Drenin də albomda yer alacağını bildirdi. Həmin ilin İyul ayında, The Truth About Love albomundakı "Here Comes the Weekend" mahnısında Pinklə duet oxudu. 8 Fevral 2013-də Billboard-a müsahibə verən Shady Records prezidenti ve Eminemin meneceri Paul Rosenberg, Eminemin 8-ci studiyo albomunun 2013-də yayımlanacağını bildirdi. 22 Mart 2013-də Power 106 radiyosunda qatıldığı verilişidə Dr. Dre, Eminemin albomu bitirməkdə olduğunu söylədi. Albom MTV, Complex və XXL tərəfindən "2013-ün Ən Maraqla Gözlənilən Albomları" arasında göstərildi. Vokallarında Liz Rodriguesin yer aldığı ve prodüseri DJ Khalil olan "Survival" adlı mahnı, 14 Avqust 2013-də Call of Duty: Ghosts video oyununun reklam videosu ilə birgə ilk dəfə yayımlandı.