MATROS

I
сущ. матрос:
1. рядовой военного флота
2. служащий судовой команды в гражданском флоте
II
прил. матросский. Matros papağı матросская бескозырка, matros kostyumu матросский костюм, matros batalyonu матросский батальон
MATRONA
MATROSCASINA
OBASTAN VİKİ
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Aleksandr Matrosov
Aleksandr Matveyeviç Matrosov və ya Şakircan Yunus oğlu Məhəmmədcanov (başq. Шәкирйән Юныс улы Мөхәмәтйәнов) Yekaterinoslavda (hazırda Dnepr) anadan olmuş. İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqının əsgəri idi və 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adını . Bədəni ilə alman pulemyotunu blokladığı və müharibədə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. == Həyatı == Rəsmi versiyaya əsasən, Aleksandr Matveyeviç Matrosov, 1924-cü il fevralın 5-də Ukrayna SSR-in Yekaterinoslav vilayətinin Yekaterinoslav şəhərində, hazırkı Dnepropetrovsk bölgəsinin inzibati mərkəzi Dnepr şəhərində anadan olub. Başqa bir versiyaya görə, Matrosovun əsl adı Şakiryan Yunusoviç Muxamedyanovdur və doğulduğu yer Başqırd MSSR-in Tamyan-Katayski kantonudur (hazırda Başqırdıstanın Uçalı rayonu). Bu versiyaya görə, o evsiz qalarkən (atasının yeni nigahından sonra evdən qaçdıqdan sonra), bir uşaq evində Matrosov adı ilə qeydiyyatdan keçmişdir. Eyni zamanda Matrosov özünü məhz Matrosov adlandırmışdı. Digər versiyaya görə Aleksandr Matrosov Samara vilayətinin Stavropol diyarının Yüksək Kolok kəndində anadan olub (hazırda Ulyanovsk vilayətinin Novomalyklinski rayonunda). 1935-ci ildə anası üç övladı ilə tək qaldığından, onu aclıqdan qurtarmaq üçün Melekesski yetimxanasına verdi.
Matrosskie adaları
Matrosskie adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Naydyonış adasından 1,2 km şərqdə yerləşir. İki adadan ibarət olan adalar eyni ölçüyə malikdirlər. Arxipelaqın şimal-şərqində yerləşən ada oval formaya malikdir. Adanın diametri 600 metrdir. Maksimal hündürlüyü isə 7 metrdir. Digər ada isə cənub-qərbdə yerləşir. Ada 1 km uzunluğa və 650 m enə malikdir.
Matrostıe adaları
Matrostıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Komsomoles adasının cənub-şərq nöqtəsi olam Buxteev burnundan 2,5 km şərqdə yerləşir. İki elədə böyük olaman adadan ibarət olan qrupa daxil olan adaların uzunluğu 250 metri keçmir. Adada yüksəklik yoxdur. Sahildə dərinlik 20 metr təşkil edir.

Значение слова в других словарях