Maxara

Bu növ xörəyə daha çox Balakən və Zaqatala rayonlarında üstünlük verilir. “Südlə undan çalınıb bişirilmiş xörək” mənasında Balakən və Zaqatala şivələrində işlənir: Anam bu gün maxara bişirəcək (Balakən) (1, 317)
Lümürt
Mantı
OBASTAN VİKİ
Maxara
Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Əsasən Zaqatala və Balakən rayonlarının kəndlərində yayılıb. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qazdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir.
Avtandil Maxaradze
Avtandil İvanoviç Maxaradze (gür. ავთანდილ მახარაძე 16 iyul 1943, Batumi) — Sovet və gürcü aktyoru. Avtandil İvanoviç Maxaradze 1 avqust 1943-cü ildə Batumidə anadan olub. Rustaveli adına Tbilisi Teatr İnstitutunda təhsil alıb (1965). 1966-cı ildən Rustaveli adına Teatrda işləyir.
Filipp Maxaradze
Filipp Ieseyeviç Maxaradze (gürc. ფილიპე მახარაძე; 9 mart 1868, Gonebiskari[d], Kutaisi quberniyası – 10 dekabr 1941, Tbilisi) — gürcü inqilabçı və dövlət xadimi. Gürcüstan SSR-in rəhbəri. 1903-cü ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü idi. Onun atası ruhani idi və o, istəyirdi ki, oğlu da onun yolu ilə getsin. 1884-cü ildə Filipp Ozurqet ruhani məktəbində təhsil almışdır. Daha sonra Tiflis Ruhani Seminariyasına daxil oldu. Həmçinin Varşava Baytarlıq İnstitutunda oxumuşdur, amma oranı bitirmədi. RSDFP daxil olduqdan sonra dəfələrlə həbs edilirdi. RSDFP-nin Qafqaz İttifaqının təşkilatçılarından biri idi.
Kote Maxaradze
Konstantin (Kote) İvanoviç Maxaradze (gürc. კოტე (კონსტანტინე) ივანეს ძე მახარაძე; 17 noyabr 1926, Tiflis – 19 dekabr 2002, Tbilisi) — məşhur sovet idman şərhçisi, teatr və kino aktyoru. Gürcüstan SSR xalq artisti. Konstantin Maxaradze 1926-cı il noyabrın 17-də Tiflisdə anadan olub. Uşaq ikən basketbolla məşğul idi. Sonradan futbola keçmişdi. Maxaradze "Dinamo" Tbilisidə gənclər arasında Gürcüstan çempionu olmuşdur. Kote Maxaradze 1941-ci ildə Tiflis Xoreoqrafiya Məktəbini bitirmişdir. 1944-cü ildə isə orta məktəbdən məzun olub. Tbilisi Dövlət Teatr İnstitutuna daxil olub 1948-ci ildə oranı bitirmişdir.
Maxaraca ekspressi
"Maxaraca ekspressi" — Asiyanın ən bahalı qatarı "Maxaraca ekspressi" bütün Hindistan boyu hərəkət edir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər. Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdir. Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə aldıqda 99% hindli bu səyahətdən yararlanmaq imkanına malik deyil. Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib. Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür.
Maxaraştra
Maharaştra (marathi dilində:महाराष्ट्र, ingilis dilində:Maharashtra) — Hindistanın mərkəzi hissəsində ştat. Əhalisi 112 372 972 nəfər (2011). Paytaxtı və ən iri şəhəri Mumbay (əvvəlki adı Bombey), ən geniş yayılmış dillər - marathi və ingilis dilləri. Əhalisinin sayına görə Hindistanın ikinci, ərazisinə görə üçüncü ştatı. Ştatın adı sanskrit dilində Maha (böyük) və Rashtra (ölkə) yaranmışdır, "böyük ölkə" mənasında izah olunur. Ştatın ərazisi- 307 713 km²-dir. Maharaştra Qucarat, Madhya-Pradeş, Çhattisqarh, Telanqana və Qoa ştatları ilə həmsərhəddir, qərbdə ştat Ərəbistan dənizi ilə əhatə olunmuşdur. Maharaştra ilə Qucarat arasında Dadra və Naqar-Haveli ittifaqının ərazisi yerləşir. Qərbi Qhat dağı sahil buyunca ştatın şimalından cənubuna doğru uzanır və orta yüksəkliyi 1200 m.-ə çatır. Ştatın ən hündür nöqtəsi Əhmədnaqar dairəsinin Nasik şəhəri yaxınlığında yerləşən Kalbusay zirvəsidir(1646 m).

Значение слова в других словарях