Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanağalı
Xanağalı (əvvəlki adı: Xanagahlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdili inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı kəndi adlandırılmışdır. == Tarixi == Xanəgahlı variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi Xanəgah kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir.
Xancyan
Xancyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Osmanlı xanədanı
Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir. == Tarixi == Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir. Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır.
Sevak Xanaqyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Sevak Xanağyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Səfəvi xanədanı
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Ziyarilər xanədanı
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Drastamat Kanayan
Drastamat Kanayan (və ya General Dro) (erm. Դրաստամատ Մարտիրոսի Կանայան) (1 (13) may 1883, İğdır, İrəvan quberniyası – 8 mart 1956, Boston) — erməni dövlət xadimi, terrorçu, hərbi cinayətkar. == Həyatı == Drastamat Kanayan Gimnaziyada təhsilini bitirdikdən sonra Pyatiqorsk şəhərində hərbi təhsil alır, 1903-cü ildə Daşnaksütun partiyasına qoşulur. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurması zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeyə qarşı sui-qəsddə iştirak edir və onun faytonuna bomba atır. Partlayış nəticəsində qubernator həlak olur. Bundan sonra Kanayan Qafqazdan qaçır, İranda və Türkiyədə yaşayır, Türkiyədəki erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. === Birinci dünya müharibəsi === Drastamat Kanayan I dünya müharibəsi zamanı türklərə qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edir. 1918-ci ildə Erməni Milli Məclisi "Dro"nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu "Qərbi Ermənistanın hərbi komissarı" təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Nazirliyinə nazir təyin edilib. 1918-ci ildə "Dro"nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur.
Xaniyan (Əcəbşir)
Xaniyan (fars. خانيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,118 nəfər yaşayır (272 ailə).
Qanayan Kanzas müharibəsi
Qanayan Kanzas müharibəsi (ing. Bleeding Kansas, ing. Bloody Kansas və ya ing. Border War) - 1854 - 1860-cı illərdə, Amerika Birləşmiş Ştatlarının Kanzas və Missuri ştatlarının sərhədlərində yerləşən şəhərlərdə, baş vermiş silahlı qarşıdurmalara verilən ad. Tərəflərdən biri quldarlığa qarşı olan abolisionistlər digər isə quldarlıq tərəfdarı olan quldarlar olmuşdur. Silahlı qarşıdurmalar, Kanzas ştatına hər iki tərəfin nəzarət etmək, istəməsi səbəbindən daha da şiddətlənmişdir. Döyüşlərə Qanayan Kanzas adını, Nyu-York Tribun qəzetinin müxbiri Hors Grilli vermişdir. Qanayan Kanzas döyüşləri ABŞ vətəndaş müharibəsinin başlanmasının əsas səbəblərindən biri olmuşdur.
Anna Manyani
Anna Manyani (it. Anna Magnani) — İtaliya aktrisası.
Erigeron canaani
Erigeron canaani (lat. Erigeron canaani) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.