meşənovruzu

meşənovruzu
meşəlik-kolluq
meşəsalan
OBASTAN VİKİ
Meşənovruzu
Meşənovruzu (lat. Cyclamen) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Dağnovruzu da adlandırılır. Gövdəsizdir, soğanaqvarı kökümsovu, uzunsaplaqlı, dəyirmi-tumurcuqvarı yarpaqları rozet əmələ gətirir. Çiçəkləri tək-tək, uzun çiçək saplağında yerləşir; ağ, çəhrayı, qırmızı olur. Aralıq dənizi ölkələrində və Ön Asiyada 20-dən artıq (başqa məlumata görə təqribən 55) növü var; Krımda və Qafqazda 6–7 növü məlumdur. Dağ meşələrində və kol cəngəlliklərində bitir. Ən yaxşı iri çiçəkli otaq bitkilərindən biri olan İran meşənovruzu yarımnövləri və hibridləri becərmədə geniş yayılmışdır; oktyabrdan marta qədər çiçəkləyir. Çiçəkləmədən sonra yarpaqlar tələf olur, bitkilər dinclik vəziyyətinə keçir. Mayın sonunda böyüməyə başlayır (bu zaman onların yerini dəyişirlər).
Avropa meşənovruzu
Cyclamen purpurascens (lat. Cyclamen purpurascens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Kipr meşənovruzu
Kipr meşənovruzu (lat. Cyclamen cyprium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. Kipr dağlarında 300-1,200 m (980-3,900 ft) hündürlükdəki meşəliklərdə bitir. Endemik bitkidir. Kiprin milli gülüdür.
Sarmaşıqyarpaq meşənovruzu
Sarmaşıqyarpaq meşənovruzu (lat. Cyclamen hederifolium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Zərif meşənovruzu
Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir.
İran meşənovruzu
İran meşənovruzu (lat. Cyclamen persicum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. Hündürlüyü 14 sm dir, cənub-mərkəzi Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, Əlcəzair və Tunisdə də bitir. Qayalı dağ ətəklərində, kolluqda və meşəlikdə 1200 m dəniz səviyyəsindən yüksəkdə rast gəlinir. Adına baxmayaraq bu bitki İranın endemik bitkisi deyil.
Əsl meşənovruzu
Qafqaz meşənovruzu
Qafqaz meşənovruzu (lat. Cyclamen coum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.