MELANXOLİK

1
сущ. меланхолик, меланхоличка:
1. человек меланхолического темперамента
2. человек, склонный к меланхолии
3. человек, страдающий меланхолией
2
прил. меланхолический:
1. характеризующийся слабой возбудимостью, глубиной и длительностью эмоциональных переживаний. Melanxolik temperament меланхолический темперамент
2. склонный к меланхолии, меланхоличный, грустный, мрачный, унылый
3. выражающий меланхолию. Melanxolik əhval-ruhiyyə меланхолическое настроение
MEQREL
MELANXOLİKLİK
OBASTAN VİKİ
Melanxolik
Melanxoliya — dərin bir kədərin içində hüznlü, əziyyət çəkən, tənha, ümidsiz bir insanın olduğu vəziyyətdir. Melanxolik insanlar xoşbəxt deyillər. Tənhalığı, cəmiyyətdən uzaqlaşmağı və insanlarla soyuq münasibətdə olmağı seçirlər. Digər insanlarla yaxın münasibətdə olmaqdan qaçarlar. Həyatı boş və mənasiz görürlər. Kədər, qəm, narazılıq və dəyərsizlik duyğuları içində olurlar. Melanxoliya depressiyaya çevrilə bilər və ağır depressiyanın nəticəsində özünə qəsdlə də nəticələnə bilər. Melanxolik insan dinc ola bilmək üçün, sakit bir həyat keçirə bilmək üçün təkliyi seçir. Ancaq tək olanda da həyatla və insanlarla olan münasibətlərini hər zaman düşünmək və analiz etmək, özünü günahlandırmaq, varlığının səbəbini axtarmaq kimi səbəblərə görə heç vaxt dincliyi tapa bilmir. Darıxmaqları, sıxılmaqları heç vaxt bitməz.
Melanxolik depressiya
Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar.
Melanxolik rep
Melanxolik rep — Repin bir növüdür. Duyğusal şeylər emosional fonla mahnı sözləri ilə birgə müşayiət olunur. Eşq, dərdlər, ölüm, yalnızlıq kimi mövzulardan bəhs edir. Adətən nəqəratlarında R&B tərzində nəğmələr yer alır. Türkiyə repində melanxolik rep üçün Sagopa Kajmer, Kolera, No.1(tr) kimi reperləri nümunə göstərmək olar.

Значение слова в других словарях