Meqreliya knyazlığı
Meqreliya knyazlığı və ya Sameqrelo knyazlığı (gürcücə:სამეგრელოს სამთავრო) – Dadiani sülaləsi tərəfindən Gürcüstanın Meqreliya bölgəsində qurulmuş olan tarixi dövlətdir. Bəzi tarixi qaynaqlarda adı Odişi knyazlığı olaraq da keçir.
XVI əsrdə yaranan knyazlıq 1867-ci ildə Rusiya imperiyası hakim dairələri tərəfindən ilhaq edilmiş və adi ərazi vahidinə çevrilmişdir.
Knyazlıq XVI əsrdə Gürcüstanda gedən feodal ara çəkişmələri və çarlığın parçalanması fonunda meydana çıxmışdır. Belə ki, XV əsrin ikinci yarısında vahid Gürcüstan çarlığı parçalanmış və onun yerində müxtəlif müstəqil və yarım müstəqil knyazlıqlar, krallıqlar yaranmışdı. Belə knyazlıqlara misal olaraq, Svaneti knyazlığını, Abxaziya knyazlığını, Meqreliya knyazlığını göstərmək olar. Gürcü çarı VIII Georgiyə qarşı üsyan qaldıran Baqrat sonda qalib gəldikdən sonra onu dəstəkləyən gürcü zadəganlara, əsilzadə ailələrinə knyaz rütbələri vermiş və onların yerlərdəki qismən də olsa məhdud olan hakimiyyətlərini tanımışdı. Knyazlığn yaranması bu hadisədən sonra başlasa da, onnu tam formalaşması 1557-ci ilə təsadüf edir. İlk müstəqil knyazı isə I Levon Dadianidir.
Knyazlıq hücum etməmə paktı və sonrasında Kartli kralı olan II Konstantin, Kaxetiya kralı olan Aleksandr, Samtshe knyazı II Kvarkvare tərəfindən imzalanan və Gürcüstanı 3 krallıq və 5 knyazlığa bölən razılaşma nəticəsində ortaya çıxmışdır.