meksikalı
meliorasiya
OBASTAN VİKİ
Melburn
Melburn (ing. Melbourne) — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. 3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib. YUNESKO isə Melburnu "Ədəbiyyat şəhəri" adlandırıb. == Tarixi == 1901-ci ildən 1927-ci ilədək Avstraliyanın paytaxtı olmuşdur.
Melburn (Florida)
Melburn [Tələffüz: ˈmɛlbɚn] Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən Brevard qraflığında bir şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına əsasən 76.068 nəfərdir.
Melburn (dəqiqləşdirmə)
Melburn — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. Melburn (vulkan) — Antarktidada fəaliyyətdə olan vulkan. Melburn (ABŞ) — ABŞ-də şəhər. Melburn (Florida) — Floridada şəhər.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. == Xarici keçidlər == "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Melburn Universiteti
Melburn Universiteti (ing. University of Melbourne) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşən ali təhsil müəssisəsi. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir. == Tarixi == 1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır. Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur.
Uest Melburn (Florida)
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Vest Melburn (Florida)
Vest Melburn, ABŞ-nin Florida ştatının Brevard dairəsində yerləşən bir şəhərdir. 26 Noyabr 2009 tarixində şəhərin əhalisi 18.155 nəfər olmuşdur. == Demoqrafiya == === 2010-cu il siyahıya alması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərin əhali bölgüsünə görə əhali 79.0% Ağ, 11.3% Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarətdir.
Melburndakı türk konsulluğunda partlayış
Melburndakı türk konsulluğunda partlayış — 23 noyabr 1986–cı ildə Avstraliyanın Melburn şəhərindəki türk konsulluğunda törədilmiş terror aktı. Partlayıcı maddələrlə yüklənmiş avtomobil yerin altında yerləşən avtomobil dayanacağında partlayır, partlayış nəticəsində bir terrorçu — Akop Levonyan həlak olur. Partlayışa qörə məsuliyyəti əvəllər məlum olmayan "Yunan-Bloqra-Erməni Cəbhəsi" (YBEC) terror qrupu öz üzərinə götürür. Həlak olmuş terrorçu ilə əlbir olan Levon Dəmiryan Livana qetmək istəyərkən yaxalanmışdır. 13 günlük məhkəmə prosesindən sonra, Dəmiryan təqsirli bilinərək 25 illik həbs cəzasına məhkum olunur, lakin appelyasiya məhkəməsi onun üzərindən bəzi ittihamları qötürür və nəticədə terrorçu 10 illik həbs cəzası alır.
блужда́ющий выжа́ривать казине́т коммуна́льный перестановле́ние подтёсывание сельва́с узда́ выпрова́живать землепо́льзование отпи́сывать рабо́тничек разрезно́й твердоспла́вный уток accusative fornication plate-tectonic public trough saltmine undergrowth wool-growing полис просветлеть сяк