metodik
metodikalı
OBASTAN VİKİ
Metodika
Metodika — hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur. Sənayedəki texnologiya anlayışına yaxındır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin riyazi təhlili metod (riyazi təhlil metodu), konkret meyarların, riyazi xarakteristikanın seçilməsi isə metodikadır. Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri; "tərbiyə fəaliyyətinin qaydalar toplusu" nəzərdə tutulur. Fənnin öyrədilməsi metodikasına aşağıdakılar daxildir: öyrətməyin məqsədi tədris məqsədləri inkişaf etdirici məqsədlər tərbiyəvi məqsədlər praktik məqsədlər öyrətməyin prinsipləri öyrədilən məzmun öyrətmə vasitələri öyrətmə formaları öyrətmə metodları ümumi öyrətmə metodları fərdi öyrətmə metodları Hər bir məktəbin yerli xüsusiyyətlərindən asılı olaraq özünəməxsus metodik iş sistemi vardır. Bu sistem məktəb fəaliyyətə başladığı ilk gündən yaranmağa başlayır. Belə bir sistemin yaranması məktəbdə tətbiq olunacaq tədris plan və proqramlarını səmərəli realizə etmək üçün dərs cədvəli və məşğələlərin qrafiklərinin tərtib edilməsi ilə başlayır. Təhsil prosesində bu sistem daha da zənginləşir. Məktəbdə metodik iş sisteminə rəhbərlik birbaşa Metodik Şura, belə bir şura yaradılmadıqda isə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.

Значение слова в других словарях