MİKROİQTİSADİYYAT

сущ. микроэкономика (система производственных предприятий обслуживания, непосредственно удовлетворяющих потребности населения в товарах и услугах)
MİKROİQLİM
MİKROİNFARKT
OBASTAN VİKİ
Mikroiqtisadiyyat
Mikroiqtisadiyyat (ingilis dilindən mikro "kiçik" deməkdir) — fərdi iqtisadi obyektlər, ev təsərrüfatlar və firmalar tərəfindən məhdud vəsaitlərin mallar və xidmətlər al-ver olunduğu bazarlarda bölünməsi haqqında qərarları araşdıran iqtisadiyyatın bölməsi. Mikroiqtisadiyyat bu qərarlar və davranışlar mallar və xidmətlərin qiymətləri təyin edən tələb və təklifə necə təsir etməyini araşdırır və tərsinə qiymətlər tərəfindən təklifə və tələbə təsiri izah edir. Bu isə "ümumi iqtisadi fəaliyyət, inkişaf, inflyasiya və işsizlik məsələləri araşdıran" makroiqtisadiyyata müqabil durur. Mikroiqtisadiyyat həm də qeyd olunmuş sahələrdə dövlət iqtisadi siyasətinin effektləri ilə işləyir (misal üçün vergi səviyyəsinin dəyişdirilməsi). Lukasın fikrinə uyğun olaraq, müasir makroiqtisadiyyat nəzəriyyəsi "mikromüəssisələrə" əsaslanır, yəni ki mikro səviyyədəki davranışları təsvir edən əsas anlayışlara. Mikroiqtisadiyyatın məqsədlərindən biri istifadəçilər arasında məhdud vəsaitlərin bölünməsi və mallar və xidmətlər arasında müqayisəli qiymətləri təyin edən bazar mexanizmi təhlil etməkdir. Mikroiqtisadiyyat həm də bazar qüsurunu təhlil edir, yəni ki bazarlar səmərəli nəticələri əldə etmədiyi halları, və ideal rəqabət üçün lazım olan nəzəri şəraitləri təsvir edir. Mikroiqtisadiyyat əhatə etdiyi sahələrin içərisinə ümumi müvazinət, qeyrisimmetrik informasiya ilə bazarlar, naməlumluqda qərarlar və oyun nəzəriyyəsinin tədbiqi daxildir. Malların bazar sistemində elastikliyi də nəzərə alınır. "Tələb və təklif" modeli bazarda qiymətin necə müəyyənləşdiyini göstərən iqtisadi modeldir.
Mikroiqtisadiyyat təməlləri
Mikroiqtisadiyyat təməlləri (ing. Microfoundations) — iqtisadi agentlərin davranışının ilkin mikroiqtisadi təsvirinə əsaslanan makroiqtisadiyyatın qurulmasına bir yanaşma, daha sonra ayrı-ayrı modelləri bütövlükdə iqtisadiyyatı təsvir edən vahid makroiqtisadi model halına gətirməklə təşkilin izahı. Makroiqtisadiyyata mikroiqtisadi yanaşma, nəticədə müşahidə edilə bilən bütün makroiqtisadi dəyişənlərin (məhsul, istehlak, investisiya, işsizlik, inflyasiya, məzənnə və s.) fərdi iqtisadi agentlərin fərdi qərarlarının nəticəsi olduğuna əsaslanır. Makroiqtisadiyyat ayrıca tədqiqat sahəsi olaraq Con Meynard Keynsin əsərlərindən sonra, xüsusən 1936-cı ildə "İş, faiz və pulun ümumi nəzəriyyəsi" kitabının nəşrindən sonra meydana çıxdı. Keyns fərdi davranışın iqtisadi fəaliyyətdəki dalğalanmalara necə yol açdığını izah etməyə çox az əhəmiyyət verdi. Eyni zamanda əsərlərində bəzi mikroiqtisadi şərtlər olmuşdur. Məsələn, ailələrin əlverişli gəlirə görə seçdikləri istehlak səviyyəsini izah etmək üçün istehlaka (qənaətə) marjinal meyl konsepsiyasından istifadə etmişdir. Ev təsərrüfatlarının gəlirlərinin sabit hissəsini istehlaka, qalan hissəsini isə qənaətə xərclədiklərinə inanırdı. Keyns bunu əsas psixoloji qanun adlandırdı və onu kifayət qədər mikroiqtisadi əsaslandırıcı hesab etdi. Eynilə, investisiya səviyyəsini sərmayəçilərin heyvan ruhunun fərziyyəsi — sərmayə və məcmu tələbin artmasına və ya azalmasına gətirib çıxaran investor hissində ani bir dəyişiklik əsasında izah etdi.

Значение слова в других словарях