Mikroseysmlər
Mikroseysm (lat. mikro (kiçik) + yun. seismos (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri.
Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir.
Mikroseysmlər 3 növə bölünür:
Qısamüddətli mikroseysmlər — saniyənin yüzdə birlərindən 2–3 saniyəyədək;
Birinci dərəcəli mikroseysmlər — 2–3 saniyədən 6–10 saniyəyədək;
İkinci dərəcəli və ya uzunmüddətli mikroseysmlər — titrəyiş dövrü 12–15 saniyədən artıq.