mineralogiya

is. minéralogie f

minerallaşdırmaq
mineraloji
OBASTAN VİKİ
Mineralogiya
Mineralogiya — təbii şəraitdə yer qabığında yaranan müxtəlif mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənən elm. Minerallar, onların tərkibi, quruluşu, xassələri, mineral maddələrin Yer qabığı şəraitində əmələgəlmə prosesləri və transformasiyası, habelə xalq təsərrüfatında tətbiqi haqqında elm; geoloji biliklərin ən qədim bölmələrindən biri. == Mineraloji tədqiqatlar == Mineraloji tədqiqatlar kimya, fizika, kristalloqrafiya və geologiyaya əsaslanır. Mineralogiyanın əsas məqsədi faydalı qazıntı yataqlarının axtarışı və kəşfinin, onların istifadə üçün zənginləşdirilməsinin elmi əsasını yaratmaqdır. Mineralın təsnifatını vermək cəhdləri Ərəstuna (Aristotel), Əbureyhan Əl Biruni (X əsr) və Nəsirəddin Tusiyə (XII əsr) məxsusdur. Sonuncu iki alim bir çox mineralların təsvirini və təsnifatını vermişlər. Respublikamızda mineralogiyanın inkişafında Ç. Ə. Qaşqay, S. Ə. Əzizbəyov, A. Z. Vəzirzadə, H. H. Kərimov, S. M. Süleymanov və b.-nın mühüm xidməti olmuşdur. Rusiyada mineralların paragenetik assosiasiyası nailiyyətləri Lomonosov, Severgin, Fyodorov, Vernadski, Fersman, Smirnov, Zavaritski, Belyankin, Betextin, və b. adları ilə bağlıdır. XVIII–XIX əsrlərdə Çermak, Qrot, Dana və b.
Geologiya-mineralogiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — Keçmişdə Kommunist bloku ölkələrində və hazırda bəzi MDB ölkələrində elmlər namizədi və ya fəlsəfə doktoru elmi dərəcəsindən sonra verilən yüksək elmi dərəcə. Keçmiş SSRİ-də elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində elmlər namizədi və ya fəlsəfə doktoru dərəcəsi olan və müvafiq səviyyədə dissertasiya müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.

Значение слова в других словарях