Xəzər minoqası
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar.
Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.