MİSİRLİ

египтянин
MİSİR
MİSİRŞÜNAS
OBASTAN VİKİ
Fərid Misirli
Misirli Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim. Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur. Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı. Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.
Misirli Avraam
Minuflu Avraam və ya Misirli Avraam (IV əsr – IV əsr) — zahid, rahib, kopt müqəddəsi. Anım günü 21 maydır. O, əslən Nil deltasında yerləşən Minufdan olmuş, valideynləri xristian olmuş, cəmiyyətdə yüksək mövqe tutmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra Axmimə getmiş və 23 yaşında Səssiz Aqafonun tələbəsi olmuşdur. Onun iştirakı ilə bəzi hekayələr "Misir atalarının kəlamları"na daxil edilmişdir.

Значение слова в других словарях