Fərid Eldəniz oğlu Misirli (1 yanvar 2001, Yuxarı Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan — 8 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fərid Misirli | |
---|---|
Fərid Eldəniz oğlu Misirli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Füzuli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Fərid Misirli 2001-ci il yanvarın 1-i Füzulidə anadan olub.[2]
11 yanvar 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin İyul ayında həqiqi hərbi xidmətini bitirib. 1 sentyabr 2020-ci ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə başlayıb.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərid Misirli Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. 8 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olmuşdur. Füzulidə torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Misirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[6]