Missuri–Kanzas-Siti Universiteti
Missuri Universiteti (MU) — ABŞ-nın Missuri ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. MU Missuri ştatının ən böyük universitetidir.
1908-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.
Universitetin məzunları, professor-müəllim heyəti və işçi heyətinə 18 Rodos təqaüdçüsü, 19 Truman təqaüdçüsü, 140 Fulbrayt təqaüdçüsü, Missuri ştatının 7 Qubernatoru və ABŞ Konqresinin 6 üzvü daxildir. İki məzunu Nobel mükafatına layiq görülüb: Frederik Çapman və Corc Smit.
== Tarixi ==
1839-cu ildə Missuri Qanunverici orqanı bir dövlət universiteti üçün vəsait təsis edən Akt qəbul etdi. 1870-ci ildə bu müəssisəyə kollec statusu verildi. Bu akt kollecin əsas kampusunun bir qolu kimi Missuri Mədən və Metallurgiya məktəbinin yaradılmasına səbəb oldu. Sonralar məktəb Müasir Missuri Elm və Texnologiya Universiteti kimi inkişaf etmişdir.
1888-ci ildə Missuri Kənd Təsərrüfatı Təcrübə Stansiyası açılmışdır.