MOCKING-BIRD

n zool. adamoynadan / adamaldadan quş

MOCKERY
MOCKINGLY
OBASTAN VİKİ
Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. == Geympley == Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. == Yaradılışı == Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. == Fəaliyyəti == Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi. Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.