MOLE-HILL

n köstəbək yuvası;

◊ to make a mountain (out) of a ~ ≅ milçəkdən dəvə / fil düzəltmək

MOLE-CATCHER
MOLECULAR
OBASTAN VİKİ
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Con Hill
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Nottinq-Hill
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Peti Hill
Peti Smit Hill (27 mart 1868 - 25 may 1946), bacısı Mildrid Ceyn Hill ilə birlikdə sonralar "Happy birthday to you" (azərb. Doğum günün mübarək‎) kimi məşhurlaşan melodiyanı yazmaqla,tanınan bəstəkar və müəllim. O,Amerikada uşaq bağçasında müəllimə və hazırda Gənclərin Təhsili üzrə Milli Dərnək olaraq mövcud olan Məktəbəqədər Təhsil üzrə Milli Dərnəyin əsas təsisçisi idi. Peti Smit Hill,1868-ci ildə Luisvill (Kentukki) kənarda yerləşən Ankoreyg şəhərində anadan olmuşdur. Valideynləri,Peti və digər bacı-qardaşlarına təhsilin əhəmiyyətini,oyunun dəyərini və başqaları üçün bunları təbliğ etməyin zəruriliyini aşılayan insanlar idi. Atası Uilyam Vols Hill,Kentukki Basda anadan olub,1833-cü ildə Kentukki,Danvilldəki Mərkəzi kollecdən məzun oldu və 1838-ci ildə Prinston Universitetindən ilahiyyat doktoru dərəcəsi aldı. Bütün həyatını nazir və təhsil işçisi olaraq davam edtdirməsi,Hill ailəsinin Kentukkidən,Missuriyə,Texasa apardı. Anası Marta Ceyn Smit, Uilyamın ikinci həyat yoldaşı idi (birinci həyat yoldaşı doğuş zamanı vəfat etmişdi). O,Pensilvaniyada anadan olmuşdu,yeniyetmə ikən qardaşı ilə birlikdə,əmi və bibisinin Denvildəki plantasiyalarında yaşamaq üçün ora köçürlər. Marta Ceyn öyrənmək və öyrəndiklərini başqaları ilə bölüşməkdə olduqca həvəsli və diqqətcil idi,buna misal olaraq Qrayms plantasiyalarındakı qullara oxumağı və yazmağı öyrətməsini göstərmək olar.
Silent Hill
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Terens Hill
Terens Hill (ing. Terence Hill; əsl adı Mario Cirotti (it. Mario Girotti); 29 mart 1939, Venesiya, İtaliya) — İtalyan aktyor, prodüser, ssenarist və rejissor. Terens Hill 29 mart 1939-cu ildə İtaliyanın Venesiya şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan Almaniyada, Lommaç şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Roma şəhərinə dönmüşdü. Mario uşaqlıqdan üzgüçülüklə məşğul olmuşdu. Burda Bad Spenserlə tanışlığın binasını qoymuşdu.
Virciniya Hill
Virciniya Hill (ing. Virginia Hill; 26 avqust, 1916 −24 mart, 1966) — qanqster qadın. Virciniya Hill 26 avqust 1916-cı ildə Alabama ştatının Liskombe şəhərində anadan olmuşdu. Uşaqlıqdan cinayət aləmi ilə maraqlanırdı.
Cona Hill
Cona Hill (ing. Jonah Hill; 20 dekabr 1983, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Ən çox komediya filmlərindəki rolları ilə tanınır. Onun çəkildiyi məşhur filmlərə "Superpis", "Get Him to the Greek", "21 Jump Street", "Bu, sondur" və "22 Jump Street" daxildir. Aktyor "Moneyball" və "Uoll-strit canavarı" filmlərindəki performansına görə "Oskar" mükafatına namizəd göstərilib. Cona Hill rejissorluq debütünü 2018-ci ildə "90-cı illərin ortası" filmi ilə etmişdir. == Həyatı == Cona Hill 20 dekabr 1983-cü ildə Los-Ancelesdə anadan olub. Onun anası Şeron Lin dəb dizayneridir, atası Riçard Feldşteyn isə Guns N' Roses qrupu üçün mühasib işləmişdir. Conanın aktrisa olan Bini Feldşteyn adlı kiçik bacısı var. Onların böyük qardaşı Cordan Feldşteyn, Robin Tik və Maroon 5 kimi musiqiçilər üçün menecerlik edirdi.
Nob-Hill
Nob-Hill (ing. Nob Hill) — ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən məhəllə.
Raşen-Hill
Raşen-Hill (ing. Russian Hill) — ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən məhəllə.
Rinkon-Hill
Rinkon-Hill (ing. Rincon Hill) — ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən məhəllə.
Hill (Heraklın oğlu)
Hill (q.yun. Ὕλλος və ya Ὕλας ) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi, Herakl və Deyaniranın böyük oğlu olmuşdur. Hill Makariyanın qardaşı, İolun həyat yoldaşı, Kleodayın atası olmuşdur . Herakl və arvadı Deyanira öldükdən sonra oğulları Yevrisfeydən qaçaraq Traxini tərk etmiş, Afinaya sığınaraq Trikorit şəhərində məskunlaşmışdılar. == Sonrakı ənənə == Hillin öldürülməsindən 50 il sonra belə Heraklın övladları Peloponnesə hücum etməkdən çəkinmişdir. Gill Meqarada dəfn edilmişdir. Sparta filalardan birinin adı onun şərəfinə verilmişdir.
K.D.Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Mildred Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası. Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı. Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi. Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Mildrid Ceyn Hill
Mildrid Ceyn Hill (27 iyun 1859, Luisvill, Kentukki – 5 iyun 1916, Çikaqo, İllinoys) — "Good Morning to All"("Hamınızın sabahı xeyir") mahnısını bəstələyən, sonradan bütün dünyada məşhur "Happy birthday to you" (Doğum günün mübarək) melodiyasının Amerikalı müəllifi və musiqişünası. Kentukki ştatının Luisvill (Kentukki) şəhərində anadan olan Mildred Ceyn Hill üç bacının: Mildred, Peti və Cessikanın ən böyüyü idi. Musiqini atası, Kalvin Kodi və Adolf Veydiqdən öyrənmişdi. Mildrid Hilldə kiçik bacısı Peti kimi bir uşaq bağçasında müəllimə idi. Professor Robert Brauneis, Hill ailəsini geniş araşdırdıqdan sonra onun uşaq bağçasında müəllimə olmadığı qənaətinə gəldi. Zenci ruhani müziqisinə həvəs göstərən Mildrid musiqiyə, tədrisə, bəstələməyə, ifa etməyə və bu sahədə ixtisaslaşmağa doğru irəlilədi. Hill və bacısı eksperimental uşaq bağçasında, Luisvill Eksperimental Uşaq Bağçası Məktəbində mütərəqqi təhsil proqramındakı işlərinə görə Chicago World Fair-də (1893) mükafatlandırıldı. Cohann Tonsor təxəllüsünü istifadə edərək musiqi haqqında yazdı və 1892-ci ildə yazdığı "Zənci Musiqisi" adlı məqaləsində, mövcud zənci musiqisinin fərqli bir Amerika musiqi üslubunun əsası olacağını təklif etdi; Antonin Dvorjakın "Yeni dünyadan" Simfoniyasını bəstələməsinə təsir etdi. Hill mahnısının məşhurlaşmasından çox əvvəl 1916-cı ildə İllinoys ştatının Çikaqo şəhərində vəfat etdi, . Kentukki ştatındakı Luisvill şəhərindəki Keyv Hill qəbiristanlığında bacısı ilə birlikdə dəfn edilmişdir.
Silent Hill: Homecoming
Silent Hill: Homecoming — "Double Helix Games" tərəfindən hazırlanmış və "Konami" tərəfindən buraxılmış qorxu oyunu. Seriyanın altıncı oyunudur və 2008-ci ildə işıq üzü görüb. Oyunda müharibədən qayıdan Alex Shepherd-dən bəhs edilir. Doğma qəsəbəsinə qayıdan Alex buranın qarışıqlıq içində olduğunu və qardaşının itkin düşdüyünü öyrənir. Qardaşını axtararkən o, müxtəlif şeylər haqqında, gizli təriqətlər və qəsəbənin tarixi haqqında bilmədiklərini öyrənir.
Silent Hill 2
Silent Hill 2 — "Team Silent" tərəfindən hazırlanan və "Konami" tərəfindən buraxılan qorxu oyunu. Oyun 2001-ci ildə PlayStation 2 oyun platformasında, daha sonra isə Windows və Xbox üçün də çıxmışdır. Məşhur oyunlar seriyasından sayca 2-ci olan bu oyunda oyunun baş qəhrəmanı Ceyms adlı şəxsdir. Son vaxtlar o 3 il əvvəl ölmüş arvadından məktublar almağa başlayır. Arvadı onu "Silent Hill" adlı dumanlı şəhərciyə gəlməyini istəyir. Lakin Ceyms şəhərə gəldikdə hər şeyin dəyişdiyini anlayır. Qəribə məxluqlar, qatı duman və itmiş insanlar...
Silent Hill 3
Silent Hill 3 — "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən yayımlanmış 2003-cü il qorxu oyunu. Oyun "Silent Hill 2" kimi böyük uğur qazanmasa da, bir çox gamer tərəfindən müsbət qiymətləndirilmişdir.
Silent Hill 4
Silent Hill 4: The Room — 2004-cü ildə "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən satışa çıxarılmış survival horror janrında olan videooyun. Bu oyun digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit məhəlləyə köçür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsə də, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şübhələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış çölə çıxma! yazısını gördükdən sonra durumun ciddi olduğunu anlayır.
Siqnal Hill döyüşü
Siqnal Hill (Sent-Cons) uğrunda döyüş (ing. Battle of Signal Hill) — 12 sentyabr 1762-ci ildə baş vermiş və Yeddiillik müharibənin Şimali Amerika səhnəsindəki yekun döyüşü sayılır. 1762-ci ildə Britaniya və Fransa artıq təxminən 7 il idi ki müharibə edirdilər və münaqişənin hər iki tərəfi sülhə meylli idi. Fransanın Atlantik okean sahillərinin britaniyalılar tərəfindən mühasirəyə alınması Fransa iqtisadiyyatını sarsıtmış, həmçinin müstəmləkə qoşunlarına hərbi yardım imkanlarını istisna edərək fransız qarnizonlarının təhvil verilməsinə və xeyli saylı əsirlərə səbəb olmuşdu. Nyufaundlend o zamanlar Avropadan Şimali Amerikaya gedən yolda vacib strateji forpost sayılırdı. Fransızlar gələcəkdə sülh müqavilələrinin imzalanması ümidi ilə müqəddis İoanna fortunu Sent-Cons şəhəri ilə birlikdə ələ keçirməyi qərara aldılar. 20 may 1762-ci ildə bir neçə fransız gəmiləri mühasirəni yararaq Brestdən Atlantik okeanına çıxa bildilər. 20 iyunda fransızlar Nyufaundlenda yan aldılar. 27 iyunda fransızlar 750 nəfərlik dəstə ilə güclü müqavimətə rast gəlməyərək Sent-Consu ələ keçirdilər. Sent-Consu tutduqdan sonra fransızlar balıq infrastrukturlarını məhv etməyə başladılar (britaniyalıların sonrakı hesablamalarına görə təxminən 1 milyon funt zərər dəymişdi).
Snou-Hill (ada)
Snou-Hill adası (ing. Snow Hill Island) — Triniti yarımadasından şimalda yerləşən elə də böyük olmayan. Ada 34 km uzunluğa və 15 km enə malikdir. Adadan şimalda Seymur adası, qərbdə isə Ceyms-Ross adası yerləşir. Ada ilk dəfə 6 yanvar 1843 ildə Ceyms Klark Ross tərəfindən kəşf edilmişdir. Adada buzlaqlar səbəbindən dağlar görünmədiyindən qarlı təpə adlandırılmışdır. Adanın ilk dəfə araşdırılması Otta Qustav Nordenşeld tərəfindən həyata keçirilir. 12 fevral 1902-ci ildən 11 noyabr 1903-ci ilə qədər qışlamışdır. Ceyms Ross adasından Şahzadə Qustav boğazı ilə ayrılır. 1953—1954 illərdə argentinalılar adada bioloji və geoloji tədqiqat aparılmışdır.
Bunker-Hill döyüşü
Bunker-Hill döyüşü və ya Brid-Hill döyüşü — ABŞ İstiqlal müharibəsi zamanı, 17 iyun 1775-ci ildə On üç koloniya ilə Britaniya imperiyası arasında baş turan döyüş. Döyüş Bred-Hilldə getsə də, döyüş onun yanındakı təpənin (Bunker-Hill) adı ilə adlandırılmışdır. Britaniya tərəfi böyük itki ilə bölgəni ələ keçirməyə nail omuşdur. İtkilərə səbəb taktiki səhvlərdir.
Silent Hill (videooyun)
Silent Hill — Yaponiyanın "Team Silent" oyun istehsalçısı tərəfindən hazırlanmış və "Konami" şirkəti tərəfindən 1999-cu ildə yayımlanmış survival horror janrında olan videooyun. Bu "Silent Hill" seriyasının ilk oyunudur, oyun fevral ayından avqust ayına kimi yalnız PlayStation üçün satışa çıxarılmışdır. Oyunun dizaynerləri duman və qaranlıq effektlərindən istifadə etməklə konsolun yaratdığı avadanlıq məhdudiyyətlərini uğurla aradan qaldırdılar, nəticədə qrafika baxımından daha da yaxşı oyun təcrübəsi əldə edildi. "Silent Hill" üçüncü şəxs baxış bucağına malikdir, yəni oyun kamerası əsas personajın arxasına yerləşdirilir və personajın hərəkətləri və ətrafı bu prizmadan göstərilir. İlk sağ qalma qorxu oyunlarında əsas personajlar tez-tez döyüş bacarıqları olan təlim keçmiş döyüşçülər idi. "Silent Hill"də isə oyunçu personaj "everyman"dır. Bu o deməkdir ki, oyunçu personaj heç bir qeyri-adi bacarığı olmayan adi bir insandır. "Silent Hill"də oyunçular övladlığa götürdüyü qızının yoxa çıxmasının arxasındakı həqiqəti açmaq üçün vahiməli qəsəbədə axtarışa başlayan Harri Meysonu idarə edirlər. Harri zülmətə bürünmüş bu tərk edilmiş qəsəbədə axtarışa çıxarkən, qüdrətli bir tanrını diriltməyə cəhd edən bir təriqət ilə qarşılaşır. Harri qızının əsl mənşəyi ilə bağlı şok edici həqiqətlər öyrənir, onu təriqətin əlindən xilas etmək üçün bu qəsəbənin qaranlıq yerlərini araşdırır.