monarda

monarda (bot.)
monaxlıq
monarx
OBASTAN VİKİ
Monarda
Monarda (lat. Monarda) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Monarda (Monarda) dekorativ-ədviyyalı aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır. Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında məlumatı ispan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər. XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamotun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə başlamışlar. Tədqiqatlar göstərmişdir ki, monardanın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çiçəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir.
Monarda citriodora
Monarda citriodora (lat. Monarda citriodora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.
Monarda punctata
Monarda punctata (lat. Monarda punctata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin monarda cinsinə aid bitki növü.